Gömrük Komitəsi ləğv olunur? - SON DƏQİQƏ
Son vaxtlar Dövlət Gömrük Komitəsində qanunsuzluqlar və korrupsiya halları ilə bağlı silsilə həbslər baş verir. 2022-ci ildə komitə sədri Səfər Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra, gömrükdə bir sıra ciddi dəyişikliklər aparılsa da, faktiki pozuntuların qarşısı almaq mümkün olmadı. Sahibkarlar və vətəndaşlar arasında da Gömrük Komitəsinə münasibət birmənalı deyil. Bir çox iş adamı DGK-nın onların fəaliyyətinə ciddi zərbə vurmasından şikayət edirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Dövlət Gömrük Komitəsinin müstəqil qurum kimi fəaliyyəti yersizdir:
“Birinci növbədə, Azərbaycanda Gömrük Komitəsinin müstəqil və ayrıca bir qurum kimi qalmasına ehtiyac yoxdur. Ləğv edilib ya İqtisadiyyat Nazirliyində, ya da Maliyyə Nazirliyində bir şöbə, departament kimi fəaliyyət göstərməlidir. İkincisi, Komitənin istintaq orqanları ləğv edilməlidir. Bu, vətəndaşlar üçün çox ciddi problem yaradır. Üçüncüsü isə, yeni Gömrük Məcəlləsi yazılmalıdır”. socar vakansiya
Ekspertin fikrincə, hazırki Gömrük Məcəlləsi iş adamlarının “kabusuna” çevrilib:
“Bir çox hallarda gömrük orqanları elə həmin bir-birinə zidd maddələrlə dolu olan, sanki iş adamlarının və insanların əleyhinə yazılmış Gömrük Məcəlləsinə istinad edirlər. Vətəndaşlar və sahibkarlar da incidiləndə həmin məcəlləyə istinadən addımlar atılır. Bu məcəllə kökündən dəyişdirilməli, yenidən yazılmalıdır. Bir sözlə gömrüyün, həm idarəetməsi, həm fəlsəfəsi, həm də qanunvericilik bazası dəyişdirilməlidir ki, bundan sonra iş adamlarının kabusuna yox, dostuna çevirilsin”.

Paylaş:
Müəllif : Fuad
Tarix:7-09-2024, 10:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO