Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Xətai Rayon Məhkəməsində SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin əvvəllər qeyri-rəsmi nikahda yaşadığı Fidan Abbasovaya qarşı mülki iddiasına baxılıb.
Orxan İsmayılzadənin Fidan Abbasovaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair mülki iddiası rədd edilib. Belə ki, M.İsmayılovun oğlu F.Abbasovanın onun barəsində şəxsi həyata dair məlumatlar yaymaqla nüfuzunu ləkələdiyini bildirib və 100 min manat təzminat tələb edib. Lakin Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə iddia rədd edilib.
Əldə etdiyimiz digər məlumata görə, hazırda Sabunçu Rayon Məkəməsində Fidan Abbasovanın övladının atalıq hüququ ilə bağlı da məhkəmə prosesi davam edir. Həmin iş üzrə məhkəmə Orxan İsmayılzadənin uşağın atası olub-olmaması barədə genetik ekspertiza təyin edib və yaxın vaxtlarda rəy açıqlanacaq.
Qeyd edək ki, Fidan Abbasova bir neçə ay əvvəl mediaya müsahibəsində vaxtilə birgə yaşadığı Orxan İsmayılzadədən övladının dünyaya gəldiyini iddia edərək, ona atalıq hüququ verməməsindən şikayətlənib.
F.Abbasova açıqlamasında müəyyən vədlərlə aldadıldığını deyib. Bildirib ki, vəkil vasitəsilə ona saxta barışıq sənədi imzaladıblar və sonda qarşı tərəf öz öhdəliklərinə əməl etməyib.
(Qafqazinfo)
Paylaş:
Müəllif : Fuad
Tarix:17-08-2024, 11:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO