İranda növbədənkənar prezident seçkiləri başladı
Bu gün İran İslam Respublikasında növbədənkənar prezident seçkiləri keçirilir.
İranın seçki qərargahının məlumatına görə, növbədənkənar prezident seçkilərində 61 milyon 452 min 321 nəfər səs vermək hüququna malikdir.
Seçkilər üçün 60 minə yaxın seçki məntəqəsi yaradılıb.
Seçki məntəqələrinin səhər saat 8-də açıldığını bildirilir.
Xatırladaq ki, ötən gün namizədlərdən ikisi - Əlirza Zakani (Tehran meri) və Seyid Əmir Hüseyin Qazizadə Haşimi (parlament sədrinin keçmiş müavini) seçkilərdən geri çəkildiklərini bəyan ediblər. SEO Xidməti
Onlar seçiciləri mühafizəkarların namizədinə (Səid Cəlili və Məhəmməd Baqir Qalibaf) səs verməyə çağırıblar.
Bugünkü seçkidə 4 nəfər mübarizə aparacaq:
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri.
Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.
Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub. Bu səbəbdən də növbədənkənar prezident seçkiləri gündəmə gəlib.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-06-2024, 08:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib