reklam
Regionxeberlericom.az » Dünya » ABŞ qoşunlarını Nigerdən çıxarmaq üçün razılaşdı – WP

reklam

ABŞ qoşunlarını Nigerdən çıxarmaq üçün razılaşdı – WP


















ABŞ öz hərbi kontingentini Nigerdən çıxarmaq üçün razılaşıb.

Bu barədə cümə günü “The Washington Post” (WP) jurnalisti Con Ha\dson “X” sosial şəbəkə səhifəsində məlumat verib.

Məlumata görə, ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbell Nigerin baş naziri Əli Lamin Zeynlə görüşü zamanı Amerika qoşunlarının Qərbi Afrika ölkəsindən çıxarılması tələbini qəbul edib.

Jurnalistin fikrincə, ABŞ-nin çoxdan etiraz etdiyi bu addım Amerika qüvvələrinin Qərbi Afrikada antiterror əməliyyatları keçirmək üçüb hazırlığını dəyişəcək.

“Reuters” agentliyi də öz növbəsində mənbəyə istinadla qeyd edir ki, yaxın günlərdə ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılmasının dəqiq necə həyata keçiriləcəyi ilə bağlı məsləhətləşmələr aparılacaq.

Qeyd edək ki, 2023-cü ilin sonunda Nigerdə təxminən 1,1 min ABŞ hərbi qulluqçusu var idi.




Paylaş:


Müəllif : Tarix:
20-04-2024, 12:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər