Gülnarə Kərimova yoxa çıxıb

Özbəkistanın ilk prezidentinin böyük qızı Gülnarə Kərimovanın İsveçrədən olan vəkili Qrequar Manja “Twitter” səhifəsində yazıb ki, sentyabrın 16-da onun müvəkkili naməlum istiqamətdə aparılıb və harada olduğu bilinmir.
Manjanın dediyinə görə, həmin gün G.Kərimova işinin dinlənildiyi Yaşnabad Rayon Məhkəməsinə aparılıb. Nəşr yazır ki, G.Kərimovanın qızı İman iclas zalına buraxılmayıb.
Manja isə iki həftə əvvəl verdiyi rəsmi sorğuya rəğmən, iclasda iştirak etmək üçün icazə ala bilməyib. Məhkəmə prosesinin sentyabrın 16-da keçiriləcəyindən o, "Daşkənd vaxtı ilə 06:33-də, G.Kərimovanın məhkəməyə gətirilməsindən bir saat əvvəl" xəbər tutub.
İsveçrəli vəkilin sözlərinə görə, G.Kərimovanın özbəkistanlı vəkili da iclas barədə yalnız proses günü bilib. Bir müddət sonra isə G. Kərimova məhkəmədən naməlum istiqamətə aparılıb.
İyul ayında Manja xəbər paylaşmışdı ki, Gülnarə Kərimova vəkil ilə sərbəst ünsiyyət hüququndan məhrum edilib. Konkret olaraq ona, Kərimovanın saxlanıldığı Daşkənd vilayətindəki Zangiata Qadınlar Koloniyasına baş çəkməyə icazə verilməmişdi.
Xatırladaq ki, Özbəkistanın birinci prezidentinin böyük qızı barəsində həm ölkədən xaricdə, həm də ölkənin özündə pul tələb etmə və pulların yuyulması ittihamları ilə cinayət işləri qaldırılıb. Öz vətəinində onu birinci cinayət işi üzrə 5 il müddətinə azadlığının məhdudlaşdırılmasına, ikinci iş üzrə isə 10 il müddətinə həbs cəzasına məhkum ediblər, lakin sonradan bu cəza 5 illik azadlığın məhdudlaşdırılması ilə əvəzlənib. G.Kərimova “cəzanın çəkilməsi qayda və şərtlərini kobud şəkildə pozduğuna görə” koloniyaya köçürülüb.
2019-cu ilin avqustunda Özbəkistanın Baş Prokurorluğu G.Kərimovaya qarşı yeni cinayət işlərinin başlandığını elan edib. O, ölkənin maraqlarına zidd müqavilə bağlamaqda, dövlət vəsaitlərinin mənimsənilməsində və digər şəxslərin əmlakını xüsusilə böyük məbləğdə israf etməkdə ittiham olunur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-09-2019, 22:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-09-2019, 22:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 15:06
Dünən, 10:26
18-08-2025, 12:40
17-08-2025, 14:49
16-08-2025, 20:28

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb