reklam
Regionxeberlericom.az » Dünya » 30 il əvvəl qətl törədən dəstə lideri tutuldu

reklam

30 il əvvəl qətl törədən dəstə lideri tutuldu


Rusiyanın Sankt-Peterburq polisi 61 yaşlı keçmiş dəstə liderini saxlayıb.

Yerli media bildirir ki, əməliyyatçıların sözlərinə görə, 90-cı illərin dəstəsinin keçmiş lideri, həmçinin onun 52 və 54 yaşlı iki yaxını tutulub. 

Onların 1997-ci ildə Sankt-Peterburqda törədilmiş qətl hadisəsi ilə bağlı saxlanıldıqları qeyd edilir. Öldürülənlər o zaman eyni dəstənin üzvləri olub. Qrup üzvləri olan 23 və 24 yaşlı gənclər, münaqişədən sonra ümumi pul itkisi səbəbindən lider onların öldürülməsini əmr edib.

Üstəlik, saxlanılan şəxslər 1990-cı illərin sonlarında törədilmiş digər ağır cinayətlərə görə də məhkum olunublar. Məlumata görə, onlar son vaxtlar bizneslə məşğul olublar. Xüsusən də, dəstə başçısı böyük tərəvəz anbarının ortaq sahibi olub.




Paylaş:


Müəllif : Tarix:
22-02-2024, 12:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər