Məşhur rəssamdan Pikassonun, Rembrandtın 16 əsərini məhv edəcəyi xəbərdarlığı: Şərtim var - VİDEO

Rusiyaəsilli konseptual rəssam Andrey Molodkin dəyəri 45 milyon dollardan çox olan 16 sənət əsərini məhv edə bilər.
O, bu barədə müsahibəsində bildirib.
Fransada yaşayan sənətkar “Wikileaks”in qurucusu Culian Assanjın həbsxanada öləcəyi təqdirdə Pablo Pikassonun, Rembrandtın və Endi Uorholun rəsmlərinin məhv olacağını bildirib. Onun sözlərinə görə, sənət əsərləri yandırıcı turşu və katalizator çəlləkləri ilə birlikdə xüsusi seyfdə saxlanılır, xoşagəlməz nəticədə onlar zibilliyə çevriləcək.
Molodkin layihəsini “Ölü adamın elektrik açarı” adlandırıb.
Rəssamın sözlərinə görə, cümə günündən etibarən Assanja yaxın biri yandırıcı maddənin konteynerdən çıxmasının qarşısını almaq üçün hər gün 24 taymeri yeniləməli olacaq .
Seyfdə hansı rəsmlərin olduğu məlum deyil.
O bildirib ki, sənət əsərləri yalnız Assanj həbsdən çıxanda sahiblərinə qaytarılacaq.
Xatırladaq ki, Vaşinqtonda Assanjın ekstradisiyasına qarşı keçirilən mitinqdə dünyaca məşhur “Pink Floyd” rok qrupunun yaradıcısı Rocer Uoters ABŞ hökumətinin Assanjı öldürə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, 51 yaşlı avstraliyalı jurnalist Assanj ABŞ tarixində ən böyük məxfi məlumatların açıqlanması hadisəsi ilə bağlı cinayətlərdə ittiham olunur.
Mənbə: Sky News
Paylaş:
Müəllif : Yazar
Tarix:15-02-2024, 09:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.