İran 28 ölkə üçün vizanı ləğv etdi
İran fevralın 4-dən bir sıra ölkələrlə viza rejimini birtərəfli qaydada ləğv edir.
İRNA agentliyi xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Əlirza Biqdeli bildirib.
Qeyd olunub ki, Belarus, Serbiya, Bosniya və Herseqovina, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qırğızıstan, Özbəkistan, Tunis, Tanzaniya, Sinqapur, Meksika, Braziliya və Yaponiya da daxil olmaqla 28 ölkə ilə viza rejimi birtərəfli qaydada ləğv edilir.
“Xarici İşlər Nazirliyi 28 ölkə üçün vizaların ləğvi ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi fərman barədə müvafiq orqanlara məlumat verib. Bu fərmana əsaslanaraq, 28 ölkənin İrana səfər edən vətəndaşları üçün 2024-cü il fevralın 4-dən etibarən viza tələb olunmur”, - nazir müavini əlavə edib.
Bununla yanaşı, Biqdeli vurğulayıb ki, Hindistan vətəndaşları yalnız hava yolu ilə sərhədi keçdikdə vizaya ehtiyac duymayacaqlar.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-01-2024, 15:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.