Mərakeşdəki zəlzələdə ölənlərin sayı 2 min 960-a çatdı

Mərakeşdə sentyabrın 8-nə keçən gecə baş verən zəlzələdə həyatını itirənlərin sayının 2 min 960-a yüksəldiyi açıqlanıb.
Bu haqda Mərakeş hökumətinin sözçüsü Mustafa Baytaş Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında danışıb.
Nazir ərazidə işlərin davam etdiyi bir vaxtda dağılmış evlərin sayılması prosesinin müxtəlif maraqlı tərəflər arasında koordinasiya əsasında aparıldığını qeyd edib.
O, hökumətin zərər çəkmiş evlərin hesablanmasını gələn ayın sonuna qədər başa çatdıracağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Mərakeşin Əl-Huz bölgəsində 7 bal gücündə zəlzələ baş verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-09-2023, 22:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-09-2023, 22:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 15:06
Dünən, 10:26
18-08-2025, 12:40

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”