İndi “Vaqner”i kim idarə edəcək?

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarə qəzasında ölməsi dünya ölkələri qarşısında yeni suallar yaradır. Y. Priqojin demək olar ki, on ilə yaxın vaxtını “Vaqner” hərbi dəstəsinin qurulmasına sərf edib.
Xüsusilə Qərb təhlükəsizlik rəsmiləri onun yerinə kimin keçəcəyini və vaxtilə rəhbərlik etdiyi muzdluların taleyi ilə maraqlanır.
Əsas sual budur; indi “Vaqner”i kim idarə edəcək?
Regionxeberlericom.az BBC-yə istinadən mövzu ilə bağlı irəli sürülən fərziyyələri təqdim edir:
Bununla əlaqəli Kral Birləşmiş Xidmətlər İnstitutunun baş elmi işçisi Dr Joana de Deus Pereira deyib ki, Priqojinin ölümü çox güman ki, qrupun yenidən qurulmasına səbəb olacaq. O, həmçinin özəl hərbi dəstənin ümumi əməliyyatlarının Priqojinin rəhbərliyi altında olduğu kimi davam edəcəyini söyləyib:
"Təşkilat yəqin ki, gələcəkdə də başqa adla fəaliyyət göstərəcək, çünki o, artıq buna malik olduğunu sübut edib".
Atlantik Şurasının təhlükəsizlik üzrə analitiki Ruslan Trad da bu fikirdədir. O bildirib ki, Priqojinin ölümü onun yerinə qrupa rəhbərlik etmək üçün Rusiyanın hərbi kəşfiyyat xidməti olan QRU ilə əlaqəsi olan birinin təyin ediləcəyi ilə nəticələnə bilər:
"Lakin burada əsas məsələ yeni rəhbərin çoxlu pulunun olmasıdır. Düşünürəm ki, yeni maliyyəçi tapmaq daha çətin olacaq, çünki "Vaqnerin" yaxşı komandirləri olsa da, burada pul vacibdir. Bu mənada ola bilsin ki, onlar Putinin ətrafındakı yaxın çevrədən kimisə idarəçi seçəcəklər".
“Vaqnerin yüksəlişi” sənədli filminin rejissoru, jurnalist Benoit Bringerin sözlərinə görə, əsas namizədlərdən biri GRU generalı Andrey Averyanovdur:
"Hər halda yeni rəhbər Kreml tərəfindən seçilmiş biri olacaq".
Vaqnerin Belarus və Ukraynadakı qoşunlarının taleyi necə olacaq?
Keçən il ərzində "Vaqner" Rusiyanın Ukraynadakı ən hərəkətverici qüvvəsi idi, onun qoşunları qanlı döyüşlərdən sonra şərqdəki Soledar və Baxmut şəhərlərini uğurla ələ keçirib. Lakin iyun ayındakı uğursuz qiyamdan sonra Priqojin Belarusdakı düşərgələrdə təxminən 8000 əsgərini yerləşdirib. Ötən gün peyk görüntüləri Belarusun paytaxtı Minskin cənub-şərqində, Osipoviçdəki Vaqnerin əsas düşərgəsindəki bir neçə çadırın söküldüyünü göstərib. Belə ki, 273 çadırdan 101-i artıq sökülüb. Fotolar ABŞ-nin Planet Labs şirkəti tərəfindən çəkilib. Əsgərlərin harada məskunlaşdıqları, yaxud ölkəni tərk etdikləri bəlli deyil. Rusiyanın əsas müttəfiqi olan Belarus isə hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Yenə də "Vaqner" döyüşçülərinin gələcəyi bəlli deyil, müxtəlif xarici mənbələrdə yayılan məlumatlara görə, bir neçə hərbçi Priqojinin ölümündə onun rolu olduğuna görə Putinə qarşı açıq təhdidlər edir. Çünki ötən gün “Vaqner”in muzdlu döyüşçüləri təyyarə qəzasında Priqojinin ölməsinə münasibət bildiriblər. Priqojinlə əlaqəli teleqram kanallarında yayılan məlumatlarda onların rəhbərlərinin ölümü ilə bağlı qisas almağa hazırlaşdıqları qeyd olunub. Onlar sosial şəbəkə hesablarında Priqojinin ölümünə müxtəlif şərhlər bildiriblər. Onlardan biri Priqojinin ölümünü hətta “alçaqcasına törədilmiş qətl” adlandırıb. “Ölüm faktı təsdiq olunarsa, qisas çox gecikməyəcək”, - deyə digəri qeyd edib.
Afrika və Suriyadakı "Vaqner" qoşunları döyüşə davam edə bilərmi?
Son görüntülərdə Priqojinin Qərbi Afrikada olduğu məlum idi. Ekspertlər bildirirlər ki, bəlkə də hərbi dəstə artıq "Vaqner" adı altında yox, Kremlə sadiq yeni rəhbərlə burada döyüşlərini davam etdirəcək:
"Lakin digər muzdlu şirkətlər də getdikcə "Vaqner"in Suriyadakı rolu ilə rəqabət aparır. İyun üsyanından sonra "Vaqner" qoşunlarına PMC Redut adlı rəqib şirkətə transfer olunmaq təklif edilmişdi. Redut uzun müddətdir ki, Vaqnerlə paralel olaraq Suriyada işləyir. Ola bilər ki, hər iki muzdlu hərbi dəstə birləşsin".
Xatırladaq ki, avqustun 23-ü “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb. Ölənlər içərisində Y. Priqojinin də cəsədi olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-08-2023, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“PKK” tərkibindəki “Nubar Ozanyan” qruplaşması Azərbaycana savaş elan etdi... - BU DA QAŞINIR...

Polis rəisinin atası “Xocalı” Kiçik Müəssisəsinin hesabına Bakıda nələri, necə əldə edib?

Şəhidlər anılan zaman bu xanım nəyə gülür? - Quba rayon icra başçısının müavinindən anım günü zamanı şəhidimizə sayğısızlıq - FOTOFAKT

Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi direktorun ailə şirkətinə çevrilib - İLGİNC İDDİALAR...

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

Şəhid ailələrindən qaz çəkilişi üçün 285 AZN tələb edən kimlərdir?..- “Azəriqaz”dan açıqlama

"Qarabağdan könüllü köç edən əhalinin arxasınca ağlamaq fikrində deyilik" - HƏQİQƏTƏN DƏ...

Kənd Təsərrüfatı Nazirliyinin “çevik” Aparat rəhbəri: Azad Cəfərli bu posta hansı “xidmət”lərinə görə gətirilib?