reklam
Regionxeberlericom.az » Dünya » Nazarbayev daha bir statusdan məhrum edilib

reklam

Nazarbayev daha bir statusdan məhrum edilib


Qazaxıstanda Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu ilə bağlı qanunlar dəyişəcək.

Senatın deputatları “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına peşə ixtisasları, dövlət mükafatları, sosial təminat və təhsil məsələləri ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsini iki oxunuşda bəyəniblər.

Dəyişikliklərə görə, ölkənin sabiq prezidenti Nursultan Nazarbayev sözügedən məktəblərin və fondun Ali Şuralarının başçısı statusundan məhrum edilir.

Senatın deputatı Nurtore Jusip məruzə ilə çıxış edərək, qanunun Qazaxıstan Respublikasının peşə ixtisasları ilə bağlı bir sıra qanunvericilik aktlarının “Peşəkar ixtisaslar haqqında” qanun layihəsinin müddəalarına uyğunlaşdırılması məqsədilə hazırlandığını vurğulayıb.

Qeyd edək ki, yanvarın 11-də Qazaxıstanın Konstitusiya Məhkəməsi Elbası haqqında qanunun etibarsız sayılması barədə qərar qəbul edib. Yeni qanuna əsasən, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Elbası statusundan və onunla bağlı imtiyazlardan məhrum edilib.

Mənbə: Sputnik Qazaxıstan




Paylaş:


Müəllif : Tarix:
29-06-2023, 17:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər