reklam
Regionxeberlericom.az » Dünya » Ukraynalı hərbçilərin F-16 qırıcı təyyarələri ilə təlimləri başlayıb

reklam

Ukraynalı hərbçilərin F-16 qırıcı təyyarələri ilə təlimləri başlayıb


Ukraynalı hərbçilərin F-16 qırıcı təyyarələri ilə təlimləri başlayıb.

Xarici KİV xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen deyib.

Poulsenin sözlərinə görə, Danimarka ukraynalı pilotların hazırlanmasına və bacarıqlarının artırılmasına başlamaq üçün addım atıb.

Onun sözlərinə görə, Danimarka, həmçinin F-16 təyyarələrinin Ukraynaya tədarükü barədə düşünür:

“Qırıcılar Ukraynaya təhvil verilənə qədər hərbçilər təlim keçməlidirlər. Yəqin ki, F-16-lar 2024-cü ildə Ukraynada olacaq”.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 21-də deyib ki, qırıcı təyyarələr qarşıdakı 5-6 ay ərzində ölkəsinə çatdırıla bilər.




Paylaş:


Müəllif : Tarix:
26-06-2023, 15:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər