reklam
Regionxeberlericom.az » Dünya » Təyyarənin qəza anı sərnişinlər tərəfindən canlı yayımlandı - VİDEO

reklam

Təyyarənin qəza anı sərnişinlər tərəfindən canlı yayımlandı - VİDEO


Nepalda qəzaya uğrayan təyyarənin uçuşunun son saniyələri smartfonla lentə alınıb. Belə məlum olur ki, sərnişinlərdən bəziləri göyərtədən “Facebook”da canlı yayım aparırmış.

Videoların birində onun müəllifi və digər sərnişinlərin laynerdəki yerlərində sakit oturduqları görünür. Sərnişin həm də təyyarənin illüminatorından görüntüləri çəkir. Bir anda partlayış baş verir. Videonun son saniyələrində güclü yanğın görünür, insanların qışqırtıları eşidilir.

Daha bir videoda illüminatordan Pokhara mənzərələri əks olunub. Sonra birinci videodakı kimi qışqırıq səsləri gəlir və partlayış görünür. 

Xatırladaq ki, yanvarın 15-də Nepalda göyərtəsində 68 sərnişin və dördü ekipaj üzvü olan “Yeti” Hava Yollarına məxsus sərnişin təyyarəsi Pokxara Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında qəzaya uğrayıb. Qəza layner havaya qalxarkən baş verib.

Təyyarənin göyərtəsində beş hindistanlı, dörd rusiyalı, iki koreyalı, İrlandiya, Argentina, Avstraliya və Fransadan olan 15 əcnəbi olub. Qalan 53 nəfər nepallı olub. Qəzada sərnişinlərin və heyət üzvlərinin hamısı ölüb.

Nepal hakimiyyəti bazar ertəsi gününü Pokxara şəhərində təyyarə qəzası qurbanlarının xatirəsinə milli matəm günü elan edib.

Mənbə: Gazeta.ru






Paylaş:


Müəllif : Tarix:
16-01-2023, 11:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər