reklam
Regionxeberlericom.az » Dünya » Ukrayna PUA-larla Rusiyanın Qara dəniz donanmasına hücum edib

reklam

Ukrayna PUA-larla Rusiyanın Qara dəniz donanmasına hücum edib

















Rusiya hakimiyyət dairələri Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlarından istifadə edərək Sevastopolda Qara dəniz donanmasının gəmilərinə genişmiqyaslı hücum həyata keçirdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi hücumun dəf edilməsi barədə məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, gəmilərdən birinə cüzi ziyan dəyib.

Lakin internet resurlarında Sevastopolun üzərində qara tüstü buludları olan kadrlar dərc olunur.

Yerli hakimiyyət isə bunu “planlı təlimlər” kimi izah edir.

İlhaq edilmiş Krımda Sevastopolun Moskva tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvozhaev bildirib ki, Rusiya Qara Dəniz Donanmasının gəmiləri Sevastopol körfəzinin sularında pilotsuz təyyarələrin hücumunu dəf edir, burada gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Razvozhaev bu hücumu fevralın 24-dən bəri ən böyük hücum adlandırıb.




Paylaş:


Müəllif : Tarix:
30-10-2022, 11:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər