“Xersonda 25 min rus hərbçisi çarəsiz qalıb”
“Vyana nəhayət ki, strateji təşəbbüsü öz əlinə aldı, bu o deməkdir ki, bundan sonra müharibə qaydalarını ruslar deyil, ukraynalılar tətbiq edir”.
Bu sözləri Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, Ukrayna ordusu əks hücumla əsaslı uğurlar əldə edib.
“Dünən onlar Donbasda böyük irəliləyiş əldə etdilər, Severski Donetsk çayını keçərək sol sahildəki yaşayış məntəqələrini azad etdilər. Xersonda daha iki yaşayış məntəqəsi alındı. Ruslar heç nəyi dəyişmədən yeni ordu quruculuğu üçün elan edilən 40 000 döyüşçüdən cəmi 10 000 döyüşçünü toplaya bildilər. Yaxın iki həftə ərzində 40 min təlim keçmiş ukraynalı döyüşçü Avropadan qayıdacaq və onlar Qərb texnikalarından istifadə üzrə üç aylıq kursu bitiriblər. Almaniya dünən dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemini oktyabrda Ukraynaya təhvil verəcəyini açıqlayıb və iki oxşar sistem artıq ABŞ-dan cənub cəbhəsinə yollanır. İndi yeni ABŞ texnologiyalarının köməyi ilə ukraynalılar üçün Rusiya radarlarını məhv etmək daha asandır. Ruslar texniki nasazlıq səbəbindən İran pilotsuz təyyarələrinin ilk partiyasını geri qaytardı. Xersona gəlincə, 25 min rus hərbçisi çarəsiz qalıb, qaçmağa heç bir yer yoxdur, bu o deməkdir ki, ya öləcəklər, ya da həbs olunacaqlar”, - deyə o bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-09-2022, 20:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….