Xersonda ukraynalı deputat oğurlanıb - FOTO

Xerson şəhərində rusiyalı hərbçilər ukraynalı deputat Dmitri Afanasyevi qaçırıblar.
Bu barədə Xerson Vilayət Şurasının deputatı Sergey Xlan özünün “Facebook” hesabından məlumat verib.
“Xersonda Korabel Rayon Şurasının deputatı, “Avropa Həmrəyliyi” fraksiyasının rəhbəri Dmitri Afanasyev oğurlanıb. O, dünya şöhrətli idmançı, beynəlxalq dərəcəli təlimatçı, taekvondo üzrə Ukrayna milli komandasının məşqçisidir”, - deyə o bildirib.
Xlanın sözlərinə görə, martın 22-də Ukraynayönümlü aksiya dağıdılarkən rusiyalı hərbçilər Dmitrinin arvadını tutmaq istəyiblər.
“Bu zaman o, arvadını müdafiə edib. Bunun üçün deputat şiddətli şəkildə döyülüb: xəstəxanada ona çoxsaylı qançırlar və qabırğaların sınığı diaqnozu qoyulub. Bundan iki saat sonra rusiyalı hərbçilər onun evinə gələrək axtarış aparıblar. Onlar rayon şurasının deputatının sənədini tapıblar, müşahidə kameralarından videogörüntülər götürüb və ailə üzvlərinin mobil telefonlarını əllərindən alıblar. Evdə olan bütün kişilər saxlanılıblar, onların arasında Dmitrinin dostları da olub. Martın 23-də evdə yenidən axtarış aparılıb və saxlanılanlardan biri sərbəst buraxılıb. O, ağır işgəncələr barədə danışıb”, - deyə Xlan əlavə edib.
Həmin şəxs saxlanılan digər kişilərin hələ də buraxılmadığını vurğulayaraq, onlara işgəncələrin davam edildiyini deyib.

Paylaş:
Müəllif : Yazar
Tarix:25-03-2022, 13:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir