Pakistanda məsciddə partlayış: Onlarla ölü və yaralı var
Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində şiə məscidində güclü partlayış baş verib.
“Əl-Cəzirə” xəbər verir ki, 30-dan çox ibadətçi ölüb, onlarla şəxs yaralanıb.
Yaralılardan çoxunun vəziyyətinin ağır olduğu bildirilir.
Polisin məlumatına görə, partlayış Pişəvər şəhərindəki Kuça Risaldar məscidində dindarlar cümə namazı üçün toplaşarkən baş verib.
Peşəvər polis rəisi Məhəmməd Ecaz Xan deyib ki, insident iki silahlı hücumçunun məscidin qarşısında polisə atəş açması ilə başlayıb. Atışmada bir hücumçu və bir polis ölüb, daha bir polis isə yaralanıb. Sağ qalan hücumçu daha sonra məscidin içinə girərək bombanı işə salıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Xəstəxananın sözçüsü Məhəmməd Asim bildirib ki, 60-dan çox insan yaralanıb və ölənlərin sayı arta bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-03-2022, 14:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….