reklam
Regionxeberlericom.az » Dünya » Avropada cırtdan dövlətin əhalisi təcrid vəziyyətinə düşdü - Rusiya vaksininə görə

reklam

Avropada cırtdan dövlətin əhalisi təcrid vəziyyətinə düşdü - Rusiya vaksininə görə

 
İtaliyada ötən həftənin cümə günündən etibarən yaşı 12-dən böyük olanlar qapalı məkanda keçirilən istənilən tədbirə qatılmaq üçün Avropa İttifaqı tərəfindən icazə verilmiş dörd peyvənddən (Pfizer, Moderna, AstraZeneca və ya Johnson & Johnson) birini vurdurduğunu təsdiq edən elektron sertifikat təqdim etməlidir. Kinin belə sertifikatı yoxdursa hər dəfə evindən çölə çıxanda, məsələn hansısa kafenin içərisində kofe içmək istəyəndə hökmən koronavirus testi verməlidir.
virtualaz.org BBC rus xidmətinə istinadən xəbər verir ki, bu sərt qaydalar San-Marino adlı kiçik dövlətin əhalisini faktiki olaraq təcrid vəziyyətinə salıb. Əhalisi 30 min nəfər olan və Romadan 225 kilometr məsafədə yerləşən bu ölkənin sakinlərinin həyatı İtaliya ilə sıx bağlı olub. Pandemiya dövründə san-Marino ilə İtaliya arasında sərhəd nəzarəti sərtləşdirilib, amma kütləvi peyvəndləmə ümid yaratmışdı ki, insanlar tezliklə adi həyata qayıdacaqlar.

Belə ki, San-Marinoda əhalinin 70 faizdən çoxu koronavirusa qarşı peyvəndin hər iki dozasını vurdurub. Lakin məsələ bundadır ki, həmin peyvənd Rusiyanın “Sputnik V” peyvəndidir və Avropa İttifaqında onun tətbiqini dəstəkləmirlər. İlin əvvəllərində peyvəndlərin təchizatı ilə bağlı dünyada xaos yaşananda San-Marino ona vəd edilən dozaları ala bilmədi və Rusiyanın köməyinə müraciət etdi. Rusiya isə cəlb şəkildə bu ölkəyə lazım olan miqdarda peyvənd göndərdi, çünki “Sputnik V” peyvəndinin Avropada tətbiqi üçün cüzi də olsa imkan yaranmışdı.
San-Marino hakimiyyəti əhalisinin əksəriyyətini Rusiya peyvəndi ilə peyvəndlədi və kollektiv immunitet səviyyəsinə gəlib çatdı. Lakin İtaliyada tətbiq edilən qaydalardan sonra bu kiçik dövlət təcrid vəziyyətinə düşdü.
“Biz burada ilişib qalmışıq. Özümüzü diskriminasiya olunmuş sayırıq”,-yerli sakinlərdən biri, San-Marionda toy mağazasında satıcı işləyən Donata Buççi bildirir. O, İtaliyanın Toskana şəhərində istirahət etmək planlarını ləğv etməli olub.
Yaranmış vəziyyətdə Avropa İttifaqı San-Marino əhalisi üçün müvəqqəti çarə tapıb. Oktyabrın 15-nə qədər bu ölkənin “Sputnik V” peyvəndi vurdurmuş sakinləri qonşu ölkələrdə ictimai yerlərə baş çəkə bilərlər. Lakin bu, Avropa İttifaqının Rusiya peyvəndini tanıması demək deyil.
Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirmişdi ki, qərb ölkələri Rusiya peyvəndinə qarşı əks-təbliğat aparırlar.


Paylaş:


Müəllif : Tarix:
7-08-2021, 21:26
Sikayət   


loading...
Загрузка...