80 minlik rus qoşunu sərhəddə hazır gözləyir - "RUSİYA İSTƏSƏ QISA MÜDDƏT ƏRZİNDƏ BUNU EDƏCƏK...”

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri Rusiyanın Ukrayna sərhədlərində hələ də 80 mindən çox hərbi qulluqçudan və minlərlə döyüş texnikasından ibarət qoşun qruplaşması saxladığını deyiblər.Bu haqda “The New York Times” yazır. Bundan əvvəl Rusiyanın Ukrayna sərhədlərinə 120 minlik qruplaşma cəmləşdirdiyi məlum idi. ABŞ və Rusiya prezidentləri arasında telefon danışığının ardınca müdafiə naziri Sergey Şoyqu “döyüş yoxlaması üçün” Ukrayna sərhədlərinə yeridilən hərbi qüvvələrin daimi dislokasiya yerlərinə çəkilməsi barədə əmr verib. Bundan sonra qoşunların geri çəkilməsi prosesi həqiqətən başlayıb, lakin qəzetə danışan mənbələr deyiblər ki, Rusiya əslində çox az miqdarda qüvvələri geri çəkib.
“Onlar regionda kifayət qədər ölümcül qüvvələr saxlayıblar və təkcə bəzi qüvvələri geri çəkiblər”,-ABŞ-ın Avropadakı xüsusi əməliyyatlar komandanlığının keçmiş rəhbəri, hazırda NATO-nun Ukrayna üzrə xüsusi əməliyyatlar müşaviri olan general Maykl Repass bildirib.
ABŞ dövlət katibi Entoni Blinken isə ötən gün mayın 6-da Kiyevə səfəri zamanı Ukraynaya qarşı Rusiya hərbi təhdidinin hələ də yüksək səviyyədə olduğunu deyib. O,Vaşinqtonun Rusiyanın “düşüncəsiz və aqessiv” hərəkətlərinə cavab olaraq Ukraynaya təhlükəsizlik sahəsində yardımları artıra biləcəyini vurğulayıb.
“Rusiya bəzi texnikaları geri çəkib, amma əhəmiyyətli ölçülərdə hərbi qüvvə hələ də Ukrayna sərhədlərində qalır. Nəticədə əgər Rusiya istəsə kifayət qədər qısa zaman ərzində aqressiv hərəkətlərə başlaya bilər”,-dövlət katibi bildirib.
O, əmin edib ki, ABŞ situasiyanı diqqətlə izləyir. Blinken Ukraynanın Rusiyanın təcavüzkar addımları qarşısında nümayiş etdirdiyi “təmkinli mövqeni” yüksək qiymətləndirdiyini deyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-05-2021, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-05-2021, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:43
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir