
Rusiya müdaxilə etməsə separatçılar 2-3 sutkaya darmadağın ediləcək
Ukraynanın şərqində-Donbassda vəziyyət gərginləşməkdə davam edir. Son məlumatlara görə atəşkəsin pozulması halları intesivləşib, tərəflər ağır artilleriya tətbiq edirlər. Rusiya isə Ukrayna ilə sərhədə qoşun cəmləşdirməkdə davam edir.
Vaxtilə Donbassda separatizmi alovlandıranlardan rusiyalı diversantlardan biri, Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki və qondarma “Donetsk xalq respublikası”nın ilk “müdafiə naziri” olmuş İqor Strelkov hesab edir ki, əgər Ukrayna ordusu hücuma keçsə qondarma respublikaların qoşunlarını cəmi bir neçə sutkaya darmadağın edəcək.
O, qeyd edir ki, Kiyev təmas xəttinə 70-100 minlik qruplaşma cəmləşdirib. Daha 100 min nəfər isə arxa cəbhədə təchizat və köməkçi hissələrdə yerləşdiriliblər. Bundan başqa Ukrayna tərəfi səfərbərlik tədbirləri həyata keçirir. Qondarma “DNR” və “LNR”in isə qüvvələrinin birlikdə sayı 20 mindən çox deyil, üstəlik onlar pis silahlanıblar.
“Əgər Kiyev hücuma keçsə say və texnika baxımından üstünlüyə malik olan Ukrayna ordusu cəbhəni cəmi bir neçə saata yaracaq. Rusiya müdaxilə etməsə Donbass “respublikalarının” bölmələri iki və ya uzağı üç sutkaya darmadağın ediləcək”,-Strelkov deyir.
Rusiya ordusunun istefada olan polkovniki Aleksandr Jilin də təsdiq edir ki, Ukrayna ordusunun ciddi üstünlüyə malik olması şübhə doğurmur. Onun fikrincə, Donbassda müharibənin gedişatını öz xeyrinə dəyişdirmək üçün Kiyevin əlində vacib üstünlük var-“Baykarktar TB2” döyüş pilotsuz təyyarələri. Onlar Kiyevə müharibəni udmaqda kömək edə bilər. Çünki qondarma respublikaların heç birinin effektiv hava hücumundan müdafiə sistemi yoxdur.
Digər rusiyalı hərbi icmalçı Pavel Felgenhauer isə deyir ki, Rusiya ilə Ukayna arasında indiki gərginlik hətta üçüncü dünya müharibəsinə qədər böyüyə bilər. Ekspertin fikrincə, Donbassda irimiqyaslı müharibənin may ayında başlaaycağı gözlənilir. (Hazırda Donbass düzənliklərində texnikanın və qoşunların hərəkəti əlverişli deyil, qar təzə əriyir, hər tərəf palçıqdır və hava yağışlı-dumanlıdır,-red.) Felgenhauer deyir ki, münaqişə ümumavropa müharibəsinə çevrilə və sürətlə nəzarətdən çıxa bilər.
Bu arada Almaniya və Fransa xarici işlər nazirlikləri Donbass ətrafında yaranmış gərginliyə görə birgə bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, Fransa və Almaniya Rusiya qoşunlarının sərhədə cəmləşdirilməsini diqqətlə izləyir və tərəfləri təmkin nümayiş etdirməyə çağırır. Bəyanatda Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək də ifadə olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2021, 20:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vaxtilə Donbassda separatizmi alovlandıranlardan rusiyalı diversantlardan biri, Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki və qondarma “Donetsk xalq respublikası”nın ilk “müdafiə naziri” olmuş İqor Strelkov hesab edir ki, əgər Ukrayna ordusu hücuma keçsə qondarma respublikaların qoşunlarını cəmi bir neçə sutkaya darmadağın edəcək.
O, qeyd edir ki, Kiyev təmas xəttinə 70-100 minlik qruplaşma cəmləşdirib. Daha 100 min nəfər isə arxa cəbhədə təchizat və köməkçi hissələrdə yerləşdiriliblər. Bundan başqa Ukrayna tərəfi səfərbərlik tədbirləri həyata keçirir. Qondarma “DNR” və “LNR”in isə qüvvələrinin birlikdə sayı 20 mindən çox deyil, üstəlik onlar pis silahlanıblar.

Rusiya ordusunun istefada olan polkovniki Aleksandr Jilin də təsdiq edir ki, Ukrayna ordusunun ciddi üstünlüyə malik olması şübhə doğurmur. Onun fikrincə, Donbassda müharibənin gedişatını öz xeyrinə dəyişdirmək üçün Kiyevin əlində vacib üstünlük var-“Baykarktar TB2” döyüş pilotsuz təyyarələri. Onlar Kiyevə müharibəni udmaqda kömək edə bilər. Çünki qondarma respublikaların heç birinin effektiv hava hücumundan müdafiə sistemi yoxdur.

Bu arada Almaniya və Fransa xarici işlər nazirlikləri Donbass ətrafında yaranmış gərginliyə görə birgə bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, Fransa və Almaniya Rusiya qoşunlarının sərhədə cəmləşdirilməsini diqqətlə izləyir və tərəfləri təmkin nümayiş etdirməyə çağırır. Bəyanatda Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək də ifadə olunur.
Paylaş:
Müəllif :
Fuad
Tarix:4-04-2021, 20:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:43
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….
