“Buz krallığı”na çevrilmiş kabus şəhər – FOTO
Vorkuta şəhərindən 18 km şimal-şərqdə yerləşən Sementzavod qəsəbəsi qışda Qar Kraliçasının krallığına bənzəyir.
Burada temperatur -40, hətta bəzən -50 dərəcəyə düşəndə tərk edilmiş binalar donla örtülmüş buz saraylarına çevrilir.
“Reuters”in məlumatına görə, qəsəbə ilə bağlı görüntülər artıq dünya mediasında geniş yayılıb.
Qeyd edək ki, Komi Respublikasında olan Sementzavod qəsəbəsi 1950-ci illərdə Vorkutin sement zavodunun işçiləri üçün salınıb. Qütb dairəsinin bu kiçik sivilizasiya adasında 4 minə qədər insanın yaşaması planlaşdırılmışdı.
1979-cu ildə firavan Sementzavodun əhalisi artıq 5,2 min idi. İşçilər və ailələri üçün yollar, mağazalar, uşaq bağçaları, məktəblər və hətta idman sarayı tikilmişdi.
1990-cı illərdə Rusiyada bir çox işçi qəsəbəsi böhran yaşadı. Sementzavod da istisna olmadı. 2000-ci illərin əvvəllərində zavod iflas etdi və əhali daha sürətlə buranı tərk etməyə başladı.
2021-ci il üçün Vorkutanın mikrorayonuna çevrilmiş qəsəbəsində təxminən 80 ailə qeydə alınıb. Bir neçə ildir ki, onları köçürməyə çalışırlar. Sementzavodun tamamilə ləğv olunmamasının səbəbi isə burada hərbi hissənin yerləşməsidir.

Paylaş:
Müəllif : Yazar
Tarix:4-03-2021, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-03-2021, 09:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….