Trampın impiçmenti barədə ittihamnamə Senata təqdim olunub

ABŞ Konqresinin aşağı palatasının üzvləri artıq səlahiyyət müddəti başa çatmış Trampın impiçmenti barədə qətnaməni parlamentin yuxarı palatası olan Senata təqdim ediblər.
Təqdimetmə prosesi Nümayəndələr Palatasının rəsmi saytında canlı olaraq yayımlanıb. Sənəddə “üsyana təhriketmə” olmaqla, yalnız bir ittiham öz əksini tapıb.
Budəfəki impiçment proseduru ABŞ tarixində bir sıra ilklərlə yadda qalıb.
Əvvəla, ilk dəfədir ki, bir prezidentə qarşı ikinci impiçment iddiası irəli sürülüb. Digər tərəfdən də ittiham olunan prezidentin səlahiyyət müddəti artıq başa çatıb.
Beləliklə də, impiçment proseduru fevralın 8-də başlayacaq. Prosesdə nümayəndələr palatasının üzvləri ittihamçı, senat üzvləri isə andçılar qismində çıxış edəcəklər.
İmpiçmentin elan olunması üçün senatorların 2/3 hissəsi (67 senator) ittihamnamənin lehinə səs verməlidir. Senatın qərarından apelyasiya şikayəti verilə bilməz.
Qeyd edək ki, artıq hazırkı Prezident Co Bayden məsələyə öz münasibətini bildirib. Onun fikrincə, Trampa qarşı ikinci impiçment proseduru da uğursuz olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-01-2021, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-01-2021, 10:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:26
Dünən, 12:40
17-08-2025, 14:49
16-08-2025, 20:28
16-08-2025, 20:24

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.