"ABŞ-da 24 saatdan az bir müddətdə COVID-19-a qarşı peyvəndlənməyə başlanılacaq" - Trampdan MÜJDƏ

ABŞ-da COVID-19 qarşı peyvəndlənməyə başlanılacaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"dəki videomüraciətində bildirib.
Prezident deyib ki, ABŞ-ın Ərzaqların Keyfiyyətinə və Dərmanlara Nəzarət İdarəsi "BionTech" və "Pfizer" şirkətlərinin birgə hazırladığı koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.
"Bu gün ölkəmiz tibbi möcüzəyə nail olub. Doqquz ay ərzində təhlükəsiz və təsirli bir peyvənd yaratmışıq. Bu tarixin ən böyük elmi nailiyyətlərindən biridir. Ərzaqların Keyfiyyətinə və Dərmanlara nəzarət İdarəsinin “Pfizer” peyvəndini təsdiqlədiyini məmnuniyyətlə elan edirəm", - deyə Tramp videomüraciətində bildirib.
D. Tramp qeyd edib ki, ABŞ dünyada təhlükəsizliyi və effektivliyi təsdiqlənmiş peyvənd istehsal edən ilk ölkədir.
ABŞ Prezidenti bildirib ki, artıq peyvəndlərin bütün ştatlara göndərilməsinə başlanılıb və 24 saatdan az bir müddətdə peyvəndləmə kampaniyasına başlanılacaq.
D. Tramp əlavə edib ki, peyvəndləmə bütün amerikalılar üçün pulsuz olacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-12-2020, 11:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-12-2020, 11:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:22
Dünən, 11:59
Dünən, 08:52
22-08-2025, 20:06
22-08-2025, 09:44

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"