Atambayev azad edildi: Parlament binası yandırıldı

Bişkekdə etirazçıların tutduğu parlament binasında yanğın başlayıb. “Yeni Sabah” bildirir ki, binanın dördüncü mərtəbəsi alova bürünüb. Nümayişçilərin sözlərinə görə, naməlum şəxs qəsdən binaya od vurub.
Etirazçılar jurnalistlərdən hadisə yerinə yanğınsöndürənləri çağırmağı istəyiblər.
Bişkekdə etirazçılar Dövlət Təhlükəsizlik Xidmətinin binasına daxil olublar. Nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi azad ediblər.
Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılar prezident administrasiyasının da yerləşdiyi parlament binasını nəzarətə götürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə iki saat davam edən qarşıdurmadan sonra bir qrup nümayişçi hasarlanmış parlament binasına daxil olmağa müvəffəq olublar. Qeyd olunur ki, etirazçıların hücum etdiyi binada prezident administrasiyası əməkdaşlarından və parlamentarilərdən heç kim olmayıb.
Həmçinin nümayişçilər sabiq baş nazir Sapar İsakovu da həbsxanadan azad ediblər. Qeyd edək ki, 2017-2018-ci ildə Qırğızıstanda hökumət başçısı olan İsakov Moldovanka kəndindəki həbsxanada saxlanılırdı.

Paylaş:
Müəllif : Fuad
Tarix:6-10-2020, 08:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-10-2020, 08:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO