reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kiyevdə Pasxa bayramı onlayn qeyd ediləcək?

reklam

Kiyevdə Pasxa bayramı onlayn qeyd ediləcək?

















Kiyev Şəhər Hərbi İdarəsi Pasxa bayramı ilə əlaqədar Ukrayna paytaxtının sakinlərinə müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, ölkədəki müharibə vəziyyəti ilə əlaqədar və Rusiya aviasiyasının həyata keçirdiyi zərbələri nəzərə alaraq sakinlərə kilsəyə getmək əvəzinə onlayn ibadət seçmək tövsiyə edilir.

Müraciətdə, həmçinin vurğulanır ki, Pasxa bayramları günləri paytaxta asayişi Ukrayna Milli Polis qüvvələri və Kiyev bələdiyyəsinin təhlükəsizlik işçiləri qoruyacaqlar.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları kilsələrin yaxınlığında növbə çəkəcəklər, onlar hava hücumu zamanı dindarları və ruhaniləri ən yaxın sığınacaqlara təxliyə etməyə kömək olacaqlar”, - deyə müraciətdə vurğulanıb.

Mənbə: Unian




Paylaş:


Müəllif : Tarix:
1-05-2024, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər