Moskvada işadamı Araz Ağalarova qarşı kampaniya başlayıb?

Moskvada işadamı Araz Ağalarova qarşı kampaniyanın başladığı hiss olunur. Terrorçuların “Crocus Siti Holl”a hücumu və baş verən faciə Moskvada Araz Ağalarova münasibəti dəyişib. Əvvəlcə Rusiya mediası yazdı ki, “Crocus Siti Holl”un təhlükəsizlik xidməti terrorçulara qarşı niyə müqavimət göstərməyib? İzah edildi ki, təhlükəsizlik xidməti əməkdaşlarının silah daşıması Rusiya qanunlarına görə qaradağandır. Təhlükəsizlik xidmətinin əməkdaşları Kalaşnikov avtomatları ilə silahlanan terrorçuları dayandıra bilməzdilər. Rusiya mediasının sonrakı mövzusu “Crocus Siti Holl”un sonrakı taleyi ilə bağlıdır. Belə fikirlər səsləndirirlər ki, həmin yerdə artıq əyləncə mərkəzi olmamalı, qurbanların abidəsi inşa edilməlidir. Araz Ağalarov buna etiraz etmir, ancaq əlavəsi ondan ibarətdir ki, bu müzakirə predmeti olmalıdır. Bunun ardınca, Rusiya İstintaq Komitəsinin “Crocus Siti Holl” konsert zalının yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsə qarşı səhlənkarlıq maddəsi ilə cinayət işinin açıldığı xəbəri yaylıb. Digər tərəfdən Rusiyanın İstintaq Komitəsinə “Crocus City Hall”un sahiblərinə qarşı göstərilən xidmətlərin təhlükəsizliyinin təmin edilməməsi haqqında cinayət işi açılması barədə ərizələr daxil olub.
Əslində bu hadisəyə qədər Rusiya hakimiyyəti Araz Ağalarovun biznes fəaliyyətinə əngəl yaratmırdı. Əksinə Ağalarora Rusiyanın müxtəlif şəhərlərində tikinti aparmaq üçün icazələr verilirdi. Ancaq hazırda Kremlin mövqeyində dəyişiklik hiss edilir. Görünür, işin içində Araz Ağalarovun Rusiyadakı biznes rəqibləri də var. Həmin rəqiblər Ağalarovun başqa layihələrinə mane olmağa çalışa bilərlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-04-2024, 10:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II