“Atamın ölümünə bu qədər kədərlənəcəyimi bilməzdim” - Video

Türkiyəli aktyor İlker İnanoğlu bir neçə gün öncə vəfat edən atası, “Yeşilçam”ın məşhur prodüser və rejissoru Türker İnanoğlu barədə açıqlaması ilə müzakirələrə səbəb olub.
58 yaşlı aktyor atası ilə vida mərasimində onunla bağlı bu fikirləri səsləndirib:
“O, çox sərt ata idi. Hələ də qarşısında uşaq kimiyəm. Rəhmətə getsə, rahatlaşacağımı, üzərimdəki təzyiqinin qalxacağını düşünürdüm. Amma çox çətin imiş. Çox çətin...Yəni içimdən bir parçanın qopduğunu hiss edirəm. Bu qədər üzüləcəyimi düşünməmişdim. Ata, səni çox sevirəm. Məkanın cənnət olsun”.
Onun bu çıxışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox insan bunu onun uşaqlıq travmaları ilə əlaqələndirsə də, bəziləri atası ilə vida mərasimində bu cür sözləri dilə gətirməməli olduğunu bildirib.
Xatırladaq ki, İ. İnanoğlu atasının rejissorluq etdiyi bir sıra film və seriallarda, o cümlədən “Yumurcak” və “Arka Sokaklar”da rol alıb. O, Türker İnanoğlunun “Yeşilçam” aktrisası Filiz Akınla evliliyindən (1964-74-cü illər) dünyaya gəlib. F. Akın 1994-cü ildən Türkiyənin İraqdakı sabiq səfiri Sönməz Köksalla ailəlidir. T. İnanoğlu isə F. Akınla boşandıqdan sonra 1974-cü ildə “Yeşilçam” aktrisası Gülşen Bibikoğlu ilə evlənib.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-04-2024, 17:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...

Lənkaranda biabırçılıq: İcra nümayəndəsinin bacısı olan baxça müdirəsi ərzaqları oğurlayıb?

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı