“24 HƏMAS batalyonundan 17-si Qəzzada məhv edilib”
“İsrail ordusu oktyabrın 7-də münaqişə başlayan zaman anklavda mövcud olan 24 HƏMAS batalyonundan 17-ni Qəzza zolağında məhv edib”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Yəhudi dövlətinin həftəlik Nazirlər Kabinetinin iclasında deyib.
“Mən siyasətimizi aydınlaşdırmaq istəyirəm: zəruri məqsəd, ilk növbədə, HƏMAS-ın məhv edilməsidir. Bu məqsədə çatmaq üçün, ilk növbədə, HƏMAS batalyonlarının sayının azaldılması lazımdır. Bu günə kimi biz 24 HƏMAS batalyonundan 17-ni məhv etmişik”, - Netanyahu bildirib.
Baş nazir qeyd edib ki, qalan batalyonların əksəriyyəti Qəzza zolağının cənubunda, həmçinin Rəfahdadır və İsrail ordusu onları da məhv edəcək:
“HƏMAS batalyonları məhv edildikdən sonra Qəzza zolağının şimalında və mərkəzi hissəsində intensiv reydlər həyata keçirən təmizləmə əməliyyatlarına ehtiyac var”.
Netanyahu bir daha bəyan edib ki, İsrail bütün məqsədlərinə – HƏMAS-ın ləğvinə, bütün girovların geri qaytarılmasına və Qəzzanın İsrail üçün artıq təhlükə yaratmayacağı bir vəziyyətə nail olunmayana qədər müharibəni dayandırmayacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-02-2024, 21:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II