Diananın məşhur sviteri 1,1 milyon dollara satıldı
Şahzadə Diananın ağ qoyunlar arasında tək qara qoyunun yer aldığı məşhur sviteri Nyu-Yorkda “Sotheby's” Hərrac Evində 1,14 milyon dollara (1,938 milyon manata) satılıb.
Təkliflərin onlayn yerləşdirildiyi hərracın qalibinin kimliyi açıqlanmayıb.
Mart ayında çardaqda tapılan sviter son illər hərracda satılan Şahzadə Dianaya aid digər əşyalarla müqayisədə ən yüksək qiymətə satılan əşya olub.
Qeyd edək ki, Şahzadə Diana bu simvolik təsvirli sviteri 1981-ci ilin iyununda, o vaxt Uels şahzadəsi olan Çarlzla evlənməzdən bir neçə həftə əvvəl polo matçında geyinib. Sviterin dizaynı Diananın kral ailəsindəki yerinin simvolu kimi təsvir edilib.
Xatırladaq ki, şahzadə Diana 31 avqust 1997-ci ildə 36 yaşında paparassilər tərəfindən izlənərkən Parisdə tuneldə avtomobil qəzası keçirərək dünyasını dəyişib.
Qəzada Diana ilə birlikdə avtomobildə olan Dodi Əl Fayed və sürücü Henri Pol da həyatını itirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2023, 18:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir