reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu telekanallara xəbərdarlıq edildi

reklam

Bu telekanallara xəbərdarlıq edildi
















Sentyabrın 11-də Audiovizual Şuranın növbəti iclası keçirilib.

Bu barədə Şura məlumat yayıb.

Bildirilib ki, ilk olaraq universal platforma operatoru lisenziyasının alınması üçün "Gammanet" MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılmış, iddiaçının təqdim etdiyi sənədlər müzakirə olunmuşdur. Müzakirələrdən sonra "Gammanet" MMC-yə (xidmətin adı: "Gammanet TV" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul olunub.

Daha sonra “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Audiovizual Şuranın birgə fəaliyyətinə dair Tədbirlər Planı”na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirəyə çıxarılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Audiovizual Şuraya ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş təkrar monitorinq nəticəsində 2023-cü ilin iyun ayı ərzində əksər ümumölkə yerüstü televiziya kanallarının efirində “Reklam haqqında” Qanunun bir sıra tələblərinin mütəmadi olaraq pozulması halları təsbit edilib.

Belə ki, həmin ay ərzində "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbinin (İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir) pozulması “ARB”, “Xəzər TV”, "CBC Sport TV" kanallarında, 33.1-ci maddəsinin tələbinin (Maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların raklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "İTV", "CBC Sport TV" kanallarında, 33.4-cü maddəsinin tələblərinin (İstehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı zəruri məlumatların – həmin Qanunun 33.4.1-33.4.5-ci bəndlərdəki məlumatların verilməsi ilə bağlı tələblər) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "Real TV", "İTV", "CBC Sport TV" kanallarında müşahidə olunub.

İclas zamanı həmçinin iyul və avqust ayları üzrə monitorinqlərin də ilkin müzakirəsi aparılmışdır. Məlum olub ki, həmin aylarda da iyun ayında baş verən pozuntular az intensivliklə təkrarlanıb.

Aparılan müzakirələrdən sonra Audiovizual Şura yayımçılara yeni televiziya mövsümündə belə halların təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.





Paylaş:


Müəllif : Tarix:
11-09-2023, 14:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər