reklam
Regionxeberlericom.az » Cəmiyyət » Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olundu

reklam

Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olundu

















Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.

Teatr direktorunun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub.

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi İlham Elxan oğlu Əsgərov 28 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi incəsənət, teatr və konsert işləri üzrə prodüser fakültəsini, 2006-cı ildə teatr rejissoru üzrə magistratura pilləsini bitirib.

1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan İlham Əsgərov 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində çalışıb.

2018-ci ildən teatrın yaradıcı işlər üzrə direktor müavinidir.

O, bugünədək bir sıra görkəmli incəsənət xadimlərinin yubiley gecələrinin, eləcə də Ü.Hacıbəylinin Vyanada hazırlanan “Arşın mal alan” tamaşasının bədii tərtibatını yüksək səviyyədə hazırlayıb.

İlham Əsgərov J.Koktonun “İnsan səsi” və M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşalarının quruluşçu rejissorudur.

İlham Əsgərov 2012-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında və Rusiyanın Böyük Dövlət Teatrında yaradıcılıq təcrübəsi keçib.

2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb.

Xatırladaq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru və baş rejissoru Xalq artisti Azərpaşa Nemətov aprelin 9-da vəfat edib.




Paylaş:


Müəllif : Tarix:
1-05-2023, 14:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər