reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 14 aprel

reklam

Bürclər- 14 aprel













Qoç

Bu gün səbrsizsiniz. Özünüzü ip üzərində gedirmiş kimi hiss etməyin.

Çünki insanlaırn səhvlərinə qarşı dözümlülüyünüz azalır və qaydalara daha sərt münasibət bəsləyirsiniz.

Bu əhval-ruhiyyənin əsas səbəbi nə ola bilər?

Həyatınızda istədiyiniz irəliləyişə nail olmaq və olmanız lazım olan insana çevrilmək üçün sizə mane olan bəzi insanları geridə qoymalı olduğunuzu anlayırsınız.

İndi hərəkətə keçmək istəyirsiniz. Tez nəticə əldə etmək istədiyiniz üçün indiyə qədər göstərdiyiniz səyləri düşünülməmiş, üstüörtülü qərarlarla riskə atmayın. Özünüzü yaxşı hiss edənə qədər qərar verməyin. Hirsli başda ağıl olmaz deyirlər.

Buğa

Bu gün istəklərinizin yaratdığı motivasiya və qətiyyətin təsiri altındasınız. Ancaq bu enerjini məqsədlərinizə çatmaq üçün istifadə etmək asan olmayacaq.

Yanlış istiqamətləndirmə ilə, daha sadə bir şəkildə edə biləcəyiniz şeylər üzərində çox işləyəcək və diqqət etməli olduğunuz işlər üçün gücünüz qalmayacaq.

Gözlənilməz problemlərlə qarşılaşa biləcəyiniz və ani plan dəyişikliklərinə uyğunlaşmalı olduğunuz bu gündə enerjinizi düzgün paylaşmalı və motivasiyanızı itirməməlisiniz.

Əldə etdiyiniz nəticələrdən zövq almağınıza heç nə mane olmamalıdır!

Əkizlər

Bu gün özünüzü Ərafda hiss edə bilərsiniz. Düşüncə və duyğularınızdakı sürətli dəyişikliklər qərarlarınızda və davranışlarınızda da əks olunur.

Tarazlıq üçün böyük səy göstərirsiniz. Qəfil fürsətlər və gözlənilməz hadisələr də bu vəziyyəti tətikləyir.

Köməyə ehtiyacınız var.

Ancaq  bütün vəziyyətlərdən çıxış sizin əlinizdədir.

Başqalarının fikirlərini qəbul etməkdənsə, risk edin. Əslində hər kəs doğruya və yanlışa eyni məsafədə olur. Hər şey atacağı addımdan asılı olur.  Yəni qərar sizindir. Sizə ən uyğun olanı seçin.

Xərçəng

Heç kimin səlahiyyətini qəbul etmədiyiniz və nəzarətdə olmaq istəmədiyiniz bir dövrdəsiniz.

İkitərəfli münasibətlərdə iplərin kimdə olması, böyük müzakirə mövzusu ola bilər. Təəssüf ki, sizin kimi əmin olmasa da, qarşı tərəfin fərqli arzuları ola bilər.

Sizin şübhələriniz onları dəyərdən sala bilməz.

Siz özünüzə əminsiniz və nə etmək istədiyinizi bildiyiniz üçün vaxt itirmək istəmirsiniz. Siz nəyə layiq olduğunuzu bilirsiniz və bundan daha aşağısı ilə kifayətlənməyəcəksiniz! Güclü məsuliyyət hissinə maliksiniz. Buna görə də, başqaları üçün bəzi işlərin öhdəsindən gələ biləcəksiniz.

Şir

Hər şeyi nəzarət altında saxlamaq və həyatınızı plana uyğun olaraq istəyirsiniz.

Amma unudursunuz ki, insanları nəzarət altında saxlamaq onları sadəcə sizdən uzaqlaşdıra bilər.

Siz insanlarla əlaqələrinizdə zəmanət istəyirsiniz. Bu bəziləri tərəfindən fərqli şərh olunduğu üçün problemlər yarada bilər. Karyeraya gəlincə, hələ həyata keçirmədiyiniz və yəqin ki, heç kimə demədiyiniz bir ideya var. Çox vaxt itirmədən yola çıxmaq və ya heç olmasa strategiyanızı müəyyənləşdirmək yaxşı olardı.

Faktlara və məlumatlara əsaslanaraq araşdırma aparmağa çalışın.

Tezliklə qarşınıza çıxan fürsətlər sizi daha çox təəcübləndirəcək.

Qız

Bu gün günə çox yaxşı əhval-ruhiyyə ilə başlaya bilərsiniz. Xüsusilə şəxsi məqsədlərinizlə bağlı yüksək motivasiyalısınız.

Özünüzü yaxşı hiss etməyiniz təsadüf deyil, planlı və düzgün həyatın nəticəsi olduğunu anladığınız zaman iradəniz güclənir. Həyatdan nə istədiyinizi daha aydın şəkildə başa düşərək, planlarınızı yenidən qurmaq üçün yaxşı vəziyyətdəsiniz.

Özünüzü tam açıb göstərə bilməyəcəyinizi düşündüyünüz sahələrdə yeni səhifə açıb, yenidən başlamalısınız.

Tərəzi

Bu gün gündəminizdə qeyri-adekvatlıq hissləri ola bilər. Bu etibarsız nöqteyi-nəzərdən mümkün qədər tez qurtulmağa çalışın.

Əks halda bu öz-özünə qidalanan zəhər bütün bədəninizə yayıla bilər. Problemlərinizin öhdəsindən gələ bilməyəcəyinizi və lazımi bacarıq və resursların olmadığını hiss edirsinizsə, əvvəlcə ən kiçik problemləri həll etməyə çalışın. Nailiyyət hissini gücləndirin və növbəti mərhələyə keçin. Etdiyiniz işlərə baxaraq, özünüzü qiymətləndirin.

Çünki həyatın hər anını və hər nailiyyəti yadda saxlamaq lazımdır.

Unutmayın ki, sizinlə insanlar arasındakı məsafə keçilməz deyil. Onlarla əlaqə saxlayın, uzun müddətdir ki, axtarmadığınız insanları axtarın.

Əqrəb 

Bir müddətdir həyatınızda müsbət və fərqli bir dəyişikliyə can atırsınız. Gözəl sürprizlər gözləyərkən, pis sürprizlərlə qarşılaşırsınız.

Nostalji hiss edə və uşaqlıq xəyallarınızı yenidən nəzərdən keçirə bilərsiniz.

Bəzən heç gözləmədiyiniz işlə məşğul olmağa başlayırsınız.

Bunu qəsdən edirsiniz, yoxsa həyəcan axtarırsınız? Macəra həvəsiniz bir gün sizə problem yaradacaq.  İçinizdıki ehtiyacı ödəmək üçün həyatınızı kökündən dəyişdirməyəcək yollar da var.

Heç vaxt getmədiyiniz yerlərə getmək və yeni hobbi ilə məşğul olmaq bu prosesi asanlaşdra bilər.

Oxatan

Siz o qədər həll yönümlüsünüz ki, problemləri görmürsünüz.

Problemlə qarşılaşdığınız zaman yeni fikir  irəli sürür, problemi həll edə bilirsiniz.

Bu çalışqan və praktik yanaşma ətrafınızdakıların diqqətini çəkəcək. Demək olar ki, heç bir maneə görmədiyiniz üçün yeni hədəflərə və layihələrə hazırsınız. İnsanlar sizdəki bu inkişafın səbəbini yaxşı bir hadisə ilə əlaqələndirsələr də, əslində vəziyyət belə deyil.

Bu, müsbət emosiyadan çox həyata real baxışdır. Daha obyektiv, məntiqli düşüncə tərzi ilə heç bir problemin böyük olmadığının şahidi olursunuz.

Oğlaq

Özünüzü daha rahat və dinc hiss etdiyiniz bir dövrə qədəm qoyursunuz. Yorulmusunuz, tək qalmaq istəyə bilərsiniz. Odur ki, yaxın gələcək üçün qəti vədlər verməməyə və çox iş yükü yaratmamağa çalışın. Bu rahatlıq arzusu həyatınızdakı gərgin və problemli sahələr sizi daha da yora bilər.

Əslində bu sizi daha narahat etməməlidir.

Əksinə problemi müəyyən etdiyiniz üçün sizi həll yoluna bir az da yaxınlaşdırmalıdır. Xüsusilə maliyyə məsələlərində bəzi düyünlərin açılması ilə istədiyiniz və layiq olduğunuz mövqeyə yaxınlaşırsınız.

Dolça

İndi siz yeni başlanğıcın astanasındasınız. Nizam-intizam yaratmaq istəyirsiniz, amma yəqin ki, mövcud iş rejimində bunu bacarmayacaqsınız.

Sizi bu günə qədər gətirən vərdişlər əslində o qədər də pis deyil.

Planlarınızın kağız üzərində qalmaması hərəkətə keçin.

Dəyişiklik üçün lazım olan enerjiniz var və bunu ətrafınızdakılar da hiss edə bilir.

Yeni və maraqlı insanlarla tanış olmağa ətrafınızı dəyiçəyə çalışırsınız. Amma  alınmayacaq. Sizə yaxınlaşanlar öz mənfəətləri üçün yaxınlaşır. Siz isə bunu anlayacaq qədər ağıllısınız.

Balıq

Sevgi həyatınızda hərəkətlilik var.

Artıq həyatınızdakı insandan nə istədiyinizi və nələrə dözə bilmədiyinizi daha yaxşı bilirsiniz və sərhədlərinizi kəskinləşdirirsiniz.

Yəni yarımçıq hekayələrinizin niyə yarım qaldığının səbəbini artıq bilirsiniz.

Bu baxımdan, emosional dünyanızı daha sabit edəcək qərarlar verə bilərsiniz.

Diqqət edin ki, bu temp sizi ətrafınızda baş verənlərə, xüsusən də sevdiyiniz insanların həyatına qarşı həssaslaşdırmasın.




Paylaş:


Müəllif : Tarix:
13-04-2023, 23:32
Sikayət   


loading...
Загрузка...