Ukraynada səfərbərlikdən yayınanları hansı cəzalar gözləyir?
Ukraynada səfərbərlikdən yayınmağa görə şəxsləri gözləyən hüquqi proseslər barədə detallar açıqlanıb.
Birinci və ya ikinci dəfə çağırış vərəqəsi aldıqdan sonra hərbi komissarlığa gəlməməyə görə cərimə - inzibati məsuliyyətə cəlb olunma nəzərdə tutulur.
Tibbi müayinədən sonra hərbi qeydiyyat şöbəsinə gəlməməyə görə isə cinayət məsuliyyəti deməkdir.
Belə ki, hərbi xidmətə cəlb olunan şəxs çağırış vərəqəsini imzaladıqdan sonra hərbi komissarlığa və ya ərazi çağırış və sosial təminat mərkəzinə (ÇKM) gəlməlidir. Sözügedən şəxs əvvəlcə qeydiyyata alınır və şəxsi məlumatları dəqiqləşdirilir. Daha sonra isə o, başqa bir vaxt tibbi müayinəyə çağırılır. Proses yekunlaşdıqdan sonra səfərbərliyə yararlı olan şəxslər növbəli şəkildə hərbi xidmətə göndərilir.
Çağırış vərəqəsini alan şəxs qeydiyyata alınması və məlumatlarının dəqiqləşdirilməsi üçün komissarlığa gəlmədikdə Ukrayna İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən, 1700-dən 3400 qrivnaya qədər (vəzifəli şəxslər üçün 3400-dən 5100-ə qədər) cərimə ilə üzləşir. Bir şəxs bir il ərzində ikinci dəfə çağırış vərəqəsini alırsa və yenə hərbi komissarlığa gəlməzsə, bu dəfə o, 3400-dən 5100 qrivnaya qədər (vəzifəli şəxslər üçün - 5100-dən 8500-ə qədər) cərimə ilə cəzalandırılır.
Şəxs tibbi müayinədən keçib hərbi xidmətə yararlı hesab edildikdə, lakin o, hərbi komissarlığa gəlmədikdə cinayət məsuliyyəti yaranır. Ukrayna Cinayət Məcəlləsinin 336-cı maddəsinə əsasən, müharibə zamanı hərbi xidmətdən yayınma üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-02-2023, 13:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO