reklam
Regionxeberlericom.az » Cəmiyyət » Daha bir xəstəxanada növbə problemi - Video

reklam

Daha bir xəstəxanada növbə problemi - Video

Bir neçə gün əvvəl 5 saylı şəhər kliniki xəstəxanasının qarşısında da baş vermiş növbə problemi bu dəfə də Abşeron rayon Mərkəzi xəstəxanasında yaşanıb. Şənbə günü olmasına baxmayaraq, xəstəxananın girişində insan izdihamı olub. İddialara görə, buna səbəb qeydiyyat qarşısında yaranmış sıx növbədir. İddiaya əsasən, xəstələrin sayının çox olmasına baxmayaraq, xəstəxanada cəmi bir qeydiyyatçının işləməsi izdihamın yaşanmasına səbəb olub.  

Məsələ ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında şənbə günü olmasına baxmayaraq, 6 qeydiyyatçı xəstəxananın giriş hissəsində, 2 qeydiyyatçı isə Radiologiya şöbəsində qeydiyyat prossesini icra edir: “Bir çox müəssisələrdə qeyri-iş günü olması səbəbindən işləyən insanların şənbə günü tibb müəssisələrinə daha çox müraciəti müşahidə olunur. Abşeron Rayon Mərkəzi Xəstəxanasına tibb xidmət almaq üçün müraciət edən şəxslərin sayı 2500-3000 civarında dəyişir. Bu bir şəxsə 4-5 tibbi xidmətin göstərilməsi deməkdir”. 

Qurumdan o da əlavə olaraq bildirilib ki, əksər vaxt pasiyentlər tibbi xidmət ehtiyacı olmayan yaxınları ilə birgə tibb müəssisələrinə gəlirlər. Bu da əlavə sıxlıq yaradır: “Vətəndaşların xidmətlərə əlçatanlığının təmin edilməsi üçün  hazırda onlar birbaşa ixtisaslı həkimə müraciət edir, artıq ailə həkiminə müraciət zərurəti yoxdur.  İxtisaslı həkimdən yardım üçün isə çoxsaylı birbaşa müraciətlər var. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da öz növbəsində bəzi xəstəxanalarda kifayət qədər çox növbə yaranmasına səbəb olur.

Həmçinin qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər növbəsiz şəkildə qəbul olunur. Sözügedən məsələni tənzimləmək üçün “e-tabib” tətbiqi vasitəsilə randevu və onlayn qeydiyyat sisteminin tətbiqi bu növbələrin qarşısını almağa hesablanıb. 

Eyni zamanda Abşeron Rayon Mərkəzi Xəstəxanasında da qeydiyyat və gözləmə yeri genişləndirilir, elektron tablolar qurulur. Yaxın günlərdə proses başa çatdırılacaq. Onu da diqqətə çatdırmaq istəyirik ki, vətəndaşlarımız birbaşa ixtisaslı həkimlərə müraciət etmək əvəzinə, növbələrdən xilas olmaq üçün poliklinikalar üzrə təhkim olunmuş ailə həkimlərinin qəbulunda ola bilərlər. Ailə həkimləri onların sağlamlıqları ilə bağlı problemləri düzgün şəkildə müəyyənləşdirərək ixtisaslı həkimlərə göndərəcəklər ki, bu da həmin şəxslərin vaxtlarına da qənaət edəcək”.

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.

Paylaş:

Müəllif : Tarix:
28-01-2023, 14:29
Sikayət   

loading...
Загрузка...

Oxşar Xəbərlər