reklam
Regionxeberlericom.az » Cəmiyyət » 29 yaşlı nazirin bu görüntüsü müzakirələrə səbəb oldu - FOTO

reklam

29 yaşlı nazirin bu görüntüsü müzakirələrə səbəb oldu - FOTO


















Norveçin ədliyyə naziri Emili Enqer Mel yenidən gündəmə gəlib.

Ötən günlərdə sörfdə verdiyi poza ilə müzakirələrə səbəb olan nazir bu dəfə TikTok sosial şəbəkəsi ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Norveç müxalifəti mərkəzi Çində yerləşən "TikTok" platformasından istifadə edən Meli təhlükəsizlik səbəbi ilə hesabını bağlamağa çağırıb.

Nazirin müxalifətə cavabı belə olub:

“TikTokdan təhlükəsiz həddi aşmayan şəkildə istifadə edirəm. Tövsiyə edirəm ki, hamı buna eyni cür yanaşsın”.

Mel xilasedici jilet olmadan sörfdən istifadə etdiyinə görə Norveç qanunlarını pozduğu səbəbiylə son bir neçə aydır gündəmdə idi. Yenə naziri hədəfə alan müxalifət bunun ictimaiyyət üçün pis nümunə olduğunu deyib.

Təpkilərlə bağlı açıqlama verən Mel Norveç Dəniz Xidmətinin jilet tələbinin quruya yaxın üzmək üçün keçərli olduğunu və sözügedən fotoşəkilin İtaliyada çəkildiyini bildirib.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü 29 yaşlı Emili Enqer Mel Norveçin ən gənc ədliyyə naziridir.








Paylaş:


Müəllif : Tarix:
27-12-2022, 10:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər