MİDA tikinti ilə bağlı məlumat lövhəsini 3,2 min manata hazırladır
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) keçirdiyi tender müsabiqəsinin qalibi “MKS Pyramida” MMC (VÖEN – 3102651821) olub.
MİDA Cəbrayıl şəhərində 7,87 ha, Füzuli şəhərində isə 8,90 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisinə hazırlıqla əlaqədar məlumat lövhələrinin hazırlanıb quraşdırılması üçün “MKS Pyramida” MMC-yə 35 min 197 manat 9 qəpik ödəyəcək.
Belə ki, şirkət Cəbrayıl şəhərində quraşdırılacaq 7 lövhə üçün 22 min 312 manat 62 qəpik, Füzuli şəhərində quraşdırılacaq 5 lövhə üçün isə 12 min 884 manat 47 qəpik alacaq.
Rəqəmlərdən də göründüyü kimi 1 ədəd lövhənin qiyməti Cəbrayıl şəhəri üçün 3,2 min manat, Füzuli şəhəri üçün isə 2,6 min manata başa gələcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “MKS Pyramida” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin adına daha əvvəl MİDA-nın keçirdiyi tender müsabiqəsində rast gəlmək olur. Nizamnamə kapitalı 10 manat olan MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Abşeron rayonu, Mazasır qəzəbəsində yerləşən şirkətin qanuni təmsilçisi Cabbarlı Sənan Mehman oğludur.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-12-2022, 14:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”