reklam
Regionxeberlericom.az » Cəmiyyət » Səhiyyə Nazirliyi Naxçıvan MR-ın Səhiyyə Nazirliyinə müraciət edib

reklam

Səhiyyə Nazirliyi Naxçıvan MR-ın Səhiyyə Nazirliyinə müraciət edib










Xəritədə gördüyünüz işarələnmiş villalardan biri Vasif xanın böyük oğlu Rzanın, digəri isə Seymurundur. Maraqlıdır ki, villaların sahəcə kiçiyi böyük xanzadəyə, böyüyü isə kiçik xanzadəyə məxsusdur. Villaların üz-üzə dayanmasının kiçik oğlun əmlakının böyük oğuldan böyük olmasının maraqlı bir tarixçəsi var.

 Əldə etdiyimiz məlumata görə, “xan” ailəsindən “milyonerlər” məhəlləsində ilk azan Rza Talıbov (Rza ibn Vasif) olub. O, xəritənin sol tərəfində gördüyünüz xırda villanı alanda qardaşı Seymur ibn Vasif özünü qana qoyur ki, bəs niyə abimin “milyonerlər” məhəlləsində villası olmalıdır, onun yox?  Xan həzrətləri də evin ərköyünün qəlbinə dəymir, onun arzusunu dövrün Daxili İşlər naziri Ramil Usubova çatdırır. Ramil Usubov da arif adamdır, bilir ki, “xan” həzrətləri ondan xərac istəyir. 

 

Yeri gəlmişkən, qeyd edim ki, Bakıda hakimiyyətə gələn bütün naxçıvanlılar bir qayda olaraq “xan”a xərac veriblər. “Xeyir-dua şirinliyi” adlanan bu xəracı aldıqdan sonra “xan” həzrətləri ürəyi istədiyinə yaşıl işıq yandırır, ürəyi istəmədiyinə isə “stop” qoyurdu. Hətta bu gün Böyükdüz əsirxanasında yatan Naxçıvanın sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun da alınan xəracın xeyir-duasının verilməməsinə qurban getdiyi bildirilir. İddialara inansaq, Əhməd Əhmədov paytaxtda yüksək vəzifəyə gəlmək üçün xanın böyük oğlu Rza ibn Vasifə ümumi dəyəri 12 milyon dollar olan xərac verib. “Xan” həzrətləri isə xəracı qəbul etməsinə baxmayaraq, təbəəsindən xeyir-duanı əsirgəyib. Əhməd Əhmədov da Rza ibn Vasifə və onun pulyığanı, Cahan Holdinqin prezidenti Vüqar Abbasova zəng edərək verdiyi xəracı geri istəyib. Araya mübahisə düşüb və Əhməd Əhmədov xanzadə ilə ağır danışıb. Ardınca da Naxçıvana çağrılan sabiq nazir həbs olunub. Ona külli miqdarda dövlət vəsaitini mənimsəmə maddəsi ilə günahlandırıb ağır cəza veriblər. Halbuki, sabiq nazir həbsdən 4 il əvvəl işdən çıxarılmış və sərbəst gəzib dolaşırdı. Elə bu faktın özü Ə.Əhmədovun korrupsiya əməlinə görə yox, “xan” oğluna ağır söz dediyinə görə həbs olunduğunu təsdiqləyir.

 Görünür, işarələrdən anlayan Ramil Usubov (Baxmayaraq ki, əslən Naxçıvandan yox, Qarabağdandır, amma Naxçıvan klanının sayəsində yüksək məqamlara yüksəlib) da “xan”ın sözünü yerə salmağın nə ilə nəticələnə biləcəyini yaxşı başa düşdüyündən səxavət boxçasının ağzını bacardığı qədər gen açmağa çalışıb, Seymura Rza ibn Vasifin villası qarşısında daha əzəmətli pay vermək fikrinə düşüb. Amma qarşısında bir problem dayanıb. Həmin ərazidə 7-ci idarənin binası varmış. Ramil Usubov çox düşünmədən çıxış yolunu tapıb: həmin idarəni tamamilə ləğv edib, ərazisini xan sülaləsinin ərköyünü Seymur ibn Vasifə verib.

 Xəritədən də göründüyü kimi, Ramil Usubovun hədiyyəsi həm özünün, həm də xanzadənin adına layiq olub. Villanın ümumi sahəsi 2 hektar 70 sotdur. Ərazi o qədər genişdir ki, Seymur ibn Vasif böyük qardaşının villasının təxminən eynisini inşa etdirdikdən sonra artıq qalan sahədə bağ salıb. Xəritədə də bu məqam aydın sezilir.

 

Talıbov qardaşlarının villalarının yerləşdiyi ərazi Bakının ən bahalı yeri sayılır. Əmlak satışı ilə məşğul olan saytları nəzərdən keçirsək görərik ki, bu ərazidə 4.5 sot torpaq 1.1 milyona, 7 sotluq ərazi isə 2.3 milyona satılır. Ramil Usubovun Seymur ibn Vasifə hədiyyə etdiyi villanın sahəsinin 2 hektar 70 sot olduğunu nəzərə alsaq və onu əmlak bazarında bu gün təklif olunan qiymətlərlə hesablasaq məlum olar ki, sabiq nazir “xan”ın ərköyün balasına 90 milyon manatlıq torpaq hədiyyə edib. Yəqin razılaşarsınız ki, bu qədər bahalı hədiyyədən yalnız kreslonu qorumaq üçün keçmək mümkündür. Necə deyərlər, “qaz gələn yerdən fərə əsirgənməz”.

 

 




Paylaş:


Müəllif : Tarix:
19-12-2022, 12:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər