reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bazar günü hava necə olacaq?

reklam

Bazar günü hava necə olacaq?


















Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacaq.




Paylaş:


Müəllif : Tarix:
26-11-2022, 15:36
Sikayət   


loading...
Загрузка...