reklam
Regionxeberlericom.az » Cəmiyyət » Havalar bu tarixdən İSİNƏCƏK

reklam

Havalar bu tarixdən İSİNƏCƏK


"Bu gün ərzində yağmurlu hava davam edəcək. Noyabrın 17-si və 18-də hava şəraiti nisbətən mülayimləşəcək. Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir”. 

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. 

Onun sözlərinə görə, sabahdan havanın temperaturu nisbətən yüksələcək:

“Lakin noyabrın 17-də gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Ümumilikdə, hava şəraiti nisbətən mülayimləşəcək. Ayın 17-də cənub-qərb küləyi arabir güclənəcək. Günün ikinci yarısı şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 17-də 13-16, 18-də isə 14-18 dərəcə isti olacaq. 

Bölgələrdə isə 17-si və 18-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər saatlarında duman olacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında 15-20, dağlarda isə 5-10 dərəcə isti olacaq”. 




Paylaş:


Müəllif : Tarix:
16-11-2022, 16:08
Sikayət   


loading...
Загрузка...