Məktəblər sabah qızdırılacaq? - “Bu il istiliyin vaxtından əvvəl verilməsi...”
Azərbaycanda son həftə havalar kəskin soyuyub.
Bəzi dağətəyi rayonlara qar yağıb, temperatur aşağı düşüb.
Hazırda ölkədə tarixi əhəmiyyətli günlərlə bağlı qeyri-iş günləri davam edir. Artıq sabahdan etibarən iş günləri başlayır. Bu, digər müəssisələrlə yanaşı, məktəblərin də yenidən fəaliyyətə başlaması deməkdir. Ölkədə istiliyin verilməsinə isə hələ bir neçə gün var. Məlum olduğu kimi, Bakı və digər böyük şəhərlərdə istilik sistemi hər il noyabrın 15-də işə salınır. Valideynlər havaların soyuq olmasını əsas gətirərək hesab edirlər ki, məktəblərdə istiliyin verilməsi üçün noyabrın 15-ni gözləmək doğru deyil.
Maraqlıdır, sosial təyinatlı obyektlərə vaxtından əvvəl istilik verilə bilərmi?
Məlumata görə, ''Azəristiliktəchizat'' Açıq Səhmdar Cəmiyyətindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, istiliyin vaxtından əvvəl verilməsi bu il üçün nəzərdə tutulmayıb:
"Payız-qış mövsümi və digər sosial təyinatlı obyektlərə istilik verilməsi qanunvericiliklə tənzimlənir. Qanunvericiliyə əsasən, bütün sosial təyinatlı obyektlərə, digər obyektlər və yaşayış binaları ilə eyni vaxtda istilik verilməsi nəzərdə tutulur. Yəni ki, Bakı şəhərində və dağətəyi olmayan ərazilərdə 15 noyabrda, dağlıq rayonlarda isə yaşayış və qeyri-yaşayış obyektlərinə istilik 1 noyabr tarixində veriləcək. Əlbəttə ki, istilik mövsümünün başlanması ilə bağlı mütərrəqi mexanizmlərin işlənməsi gündəmdədir. Ola bilər ki, hava temperaturuna müvafiq olaraq müəyyən mexanizm hazırlana və istilik mövsümi həmin mexanizmə əsasən müəyyənləşdirilə bilər. Amma bu, bir az uzunmüddətli layihədir".
Qurumun məlumatında noyabr ayının 1-dən etibarən respublikanın dağlıq və dağ ətəyi ərazilərinə istiliyin verilməsinə başlandığı qeyd edilib:
"Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə ümumilikdə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub. Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi isə 15 noyabr tarixindən işə qoşulacaq".
Paylaş:
Müəllif : Yazar
Tarix:9-11-2022, 12:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO