Əvəz Zeynallıdan yeni xəbər

Həbsdə olan tanınmış jurnalist Əvəz Zeynallının vəkilləri ailəsi ilə görüşünə icazə verilməməsi haqda məhkəməyə şikayət edib.
Bu gün Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb. Belə ki, ailə üzvləri həbs olunduqdan sonra Ə.Zeynallı ilə görüşə bilmədiklərini deyiblər. İstintaq orqanı tərəfindən qoyulmuş görüş və telefon danışığı ilə bağlı məhdudiyyətin götürülməsi istənilsə də, məhkəmə vəsatəti təmin etməyib.
Qeyd edək ki, Ə.Zeynallı “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda o, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsilə təqsirli bilinir.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-11-2022, 16:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB