“Veysəloğlu” 700 min manatdan çox cərimələndi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qarabaşaq məhsulunun topdansatışı bazarının rəqabətliliyi, bazarda hökmran mövqedən sui-istifadə hallarının və qiymət manipulyasiyasının olub-olmaması ilə bağlı araşdırmalar aparılıb. Bununla əlaqədar olaraq, antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qarabaşaq satışı ilə məşğul olan bazar subyektləri barəsində iş qaldırılıb.
Bu barədə Dövlət Xidməti məlumat yayıb.
"İşə baxılma zamanı “Veysəloğlu” MMC-nin qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqeyə sahib olduğu və hökmran mövqeyindən istifadə edərək satış məntəqələri arasında qiymət ayrı-seçkiliyinə yol verdiyi aşkarlanıb. Nəticədə pərakəndə satış məntəqələrinin qarabaşaq məhsullarının satışı sahəsində eyni şərtli rəqabət imkanları məhdudlaşıb.
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğu əsas götürülərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Veysəloğlu” MMC-yə 715227 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Məlumat üçün qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21.02.2022-ci il tarixli 109S nömrəli Sərəncamından irəli gələn məsələlər çərçivəsində istehlak səbətində əhəmiyyətli yer tutan qida mallarının satışı bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalar aparır", - məlumatda deyilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-11-2022, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB