reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qarşı tərəfə məlumat ötürən erməni hərbçi tutuldu - Video

reklam

Qarşı tərəfə məlumat ötürən erməni hərbçi tutuldu - Video

















Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu, tağım komandiri olan, dövlət və rəsmi sirri təşkil edən məlumat və sənədlərlə tanış olmaq imkanı olan Ermənistan vətəndaşı “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə xarici kəşfiyyat xidmətinin əməkdaşı olan və sonuncu tərəfindən işə götürülən şəxslə tanış olub.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilib.

Daha sonra o, 2022-ci ilin yanvar-iyun ayları ərzində şəxsi hesabı vasitəsilə onunla əlaqə saxlayıb və müəyyən ödəniş müqabilində ona məxsus hərbi hissəyə aid dövlət və rəsmi sirləri özündə əks etdirən, döyüş mövqelərinin adları, rabitə vasitələri haqqında məlumatlar olan müxtəlif sənədləri, marşrutlar, mövqelər arasındakı məsafələr, onların avadanlıqları və s. məlumatları sonuncuya ötürüb

Faktla bağlı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən başlanmış cinayət işi çərçivəsində sözügedən vətəndaş saxlanılıb və törətdiyi əməli etiraf edib. Ona ittiham elan edilib, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.




Paylaş:


Müəllif : Tarix:
15-10-2022, 14:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər