“Belçikada mənə “murdar türk” deyirdilər...”

“Belçikada ayrıseçkiliyə məruz qaldım. Bu, davamlı olmadı, amma mən “murdar türk” sözünü belə eşitdim”.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu türkiyəli müğənni Hadisə Beynəlxalq Qız Uşaqları Günü ilə bağlı “Qızlar dünyanı dəyişir” adlı konfransda deyib.
Tədbirdə Belçikaəsilli məşhur müğənni xaricdə yaşayarkən irqçi ayrıseçkiliyə məruz qaldığını etiraf edib:
“Belçikada məruz qaldığım rasizmi (irqi ayrıseçkilik) xeyrimə istifadə elədim. Bu təsirlərdən özümü daha yaxşı olmağa məcbur hiss elədim. Çünki mənə olan hücumlardan güclənirəm”.
Gənc müğənni təkcə irqi deyil, həmçinin qadınlara göstərilən ayrıseçkiliklərdən də danışıb: “Biz qadınlar kliplərdə sevgi səhnəsi çəkəndə inanılmaz reaksiya gəlir. Lakin kişi sənətçilərdə bu reaksiyaları çox görmürəm. Bu yaxınlarda bir kişi müğənninin klipini izlədim. Klipdə bəzi eşq səhnələri vardı, amma həmin müğənni ilə bağlı əks fikirlər görmədim”.
UNİCEF Türkiyənin uşaq haqlarının müdafiəçisi olan Hadisə gənc yaşlarından işlədiyini bildirib: “15 yaşımda həm oxumuşam, həm də çörək sexində işləmişəm. Ona görə də bu həyatda arzularının arxasınca qaçmağın nə olduğunu çox yaxşı bilirəm.
Ailədə 4 uşaq olmuşuq. 11 yaşım olanda anam atamdan ayrıldı. Anamın da pulu yox idi, amma ayrılmaq qərarında qəti idi. Mən onda anamın nə qədər güclü qadın olduğunu anladım. O həmişə bizə deyirdi ki, öz ayaqlarınızın üzərində qalmağı bacarın”.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-10-2022, 12:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB