reklam
Regionxeberlericom.az » Cəmiyyət » I qrup əlil və nitq qüsurlu şəxs Mingəçevirdə itkin düşüb

reklam

I qrup əlil və nitq qüsurlu şəxs Mingəçevirdə itkin düşüb

















Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Mahmudov avqustun 31-də yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, həmin şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri zamanı onun sonuncu dəfə Mingəçevir şəhəri ərazisində itkin düşdüyü müəyyən edilib. Ramin Mahmudovun  əlamətləri - boyu 161 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə evdən çıxarkən üzərində qara rəngli köynək, boz şalvar və sarı rəngli ayaqqabı olub. İtkin düşən şəxs I qrup əlildir və nitq qüsurludur. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04  şəhər və  (050) 793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.





Paylaş:


Müəllif : Tarix:
21-09-2022, 17:35
Sikayət   


loading...
Загрузка...