reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Deyirlər, Şuşanı hüseynçilər azad etdi, həyasızcasına yalan söyləyirsiniz...”

reklam

“Deyirlər, Şuşanı hüseynçilər azad etdi, həyasızcasına yalan söyləyirsiniz...”















“Azərbaycan evi. Müqəddəs bir səsləniş deyilmi? Ancaq bu ev zibillənib, bu ev başqa ölkənin casusları ilə dolub”. 

Bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, sözügedən qurumun təmsilçilərindən biri haqda sensasion iddia irəli sürüb. F. Mustafa bildirib:

“Mən bilmirəm bu qurumu kim yaradıb, ancaq Avstriya kimi Avropa dövlətindəki Azərbaycan Evinin rəhbəri Fərid Əzizov tipik bir QUMcuqdur, başqa ölkənin maraqlarının müdafiəçisidir. 

Tam əminəm ki, bu adam oradakı azərbaycanlılar barədə məlumatları başqa mərkəzlərə ötürməklə, dövlət tapşırıqlarını düşmən mətbəxinə göndərməklə məşğuldur. 

Bunlar deyir ki, Şuşanın hüseynçilər azad etdi, mənsə deyirəm ki, həyasızcasına yalan söyləyirsiniz, Şuşanı qardaş Türkiyəmizin mənəvi dəstəyi ilə şərəfli Azərbaycan əsgəri və Ali Baş komandanımız azad edib. 

Ey bu ünsürləri daxildə və xaricdə himayə edənlər, bəlkə siz də onlar kimi düşünürsünüz? Bu satqınların məni təhqirlərinə özüm layiqli cavabı verəcəyəm, dövlətimizi, millətimizi təhqirlərinə bəlkə puldan, paradan başınızı ayırıb siz də cavab verəsiniz?”.




Paylaş:


Müəllif : Tarix:
10-08-2022, 15:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər