Yevlaxdakı yanğın söndürüldü, xəsarət alan var - Video + Yenilənib
Yevlax şəhərində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Yevlax şəhərində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə məlumatda bildirilir.
***20:02
Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın söndürülüb.
Hazırda soyutma işləri aparılır.
TƏBİB-dən bildirilib ki, yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.
Bir nəfər əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.
19:23
Yevlax rayonunda güclü yanğın olub.
Yevlaxda Qanboy Quliyev küçəsində yerləşən yataqxanada güclü yanğın baş verib. Sakinlər binadan təxliyə edilir. Yanğının söndürülməsi üçün Yevlax və Bərdə rayon dövlət yanğından mühafizə hissələrinin canlı qüvvələri və texnikaları hadisə yerinə cəlb edilib.
Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

Paylaş:
Müəllif : Fuad
Tarix:9-08-2022, 20:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II