Benzinlə bağlı sensasion açıqlama: - Rəqəmsal qaydada verilə bilər
"Benzinin təkcə pula satıldığı indiki zəmanəni xoş günlər kimi xatırlayacağınız vaxt uzaqda deyil. O vaxt gəlməsin deyə hazırda demokratik dünyada sözdə “liberal” dairələrə qarşı mübarizə fəallaşır. Biz azərbaycanlılar hələlik qıraqda durub baxırıq, amma o dairələr qalib gəlsə həyatınız Sovet totalitarizmindəkindən qat-qat pis olacaq". DİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu ReAL Partiya sədri İlqar Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, Şri-Lankada şahmatda olduğu kimi ikigedişli hoqqa çıxarıb benzin satışının QR koda keçirilməsi sadəcə bir sınaqdır: "Yəni əvvəlcə “iqlim” bəhanəsilə Şri Lankanı məcbur elədilər ki, "yaşıl iqtisadiyyat naminə" kimyavi gübrələr yasaqlansın. Nəticədə məhsul yetişmədi və ac insanlar üsyan edib bu günlərdə hökuməti yıxdılar. Bəs yeni hökumət nə etdi? Aha, iqtisadiyyatı daha da "yaşıl" etmək üçün benzini QR kodla satmağa başladı. Yaxşı məzələndilər Şri Lanka prezidenti ilə, elə xalqı ilə də. Güman ki, “iqlim” bəhanəsilə bir müddət sonra başqa malların satışı da ölkədən ölkəyə yayılan təcrübə olaraq QR və ya digər elektron nəzarət vasitəsilə məhdudlaşdırılacaq".
Partiya sədri qeyd edib ki, indi Tarif Şurası benzinin qiymətini artırarkən mətbuat onun “tənzimləndiyini” deyir və siz buna gülürsünüz: "Amma qiymət heç tənzimlənmədən satışın özü tam həcmdə rəqəmsal qaydada adambaşına məhdudlaşdırılanda heç gülməli olmayacaq. Benzin satışına elektron məhdudiyyətlər istənilən formada başlaya bilər. Məsələn, Beyəlxalq Enerji Agentliyi və bəzi hökumətlər Bazar günləri avtomobil istifadəsinə qadağanın qoyulması ideyasını fəal yayır. Avtomobili ancaq “səlahiyyəti” çatanlar sürəcəklər. Orta əsrlərdə və qədim dünyada “atlılar” zümrəsi vardı ha, onlar ki qulları, sadə adamları idarə edirdilər var ha – eynən o cürdür bu saxta “liberal”ların dünya görüşü. İndinin özündə də orta əsrlərə qayıdış sezilir: sizin “karbon-iqlim” panikanızı mətbuat vasitəsilə maliyyələşdirən, insan nəslindən zəhləsi gedən bir qrup zənginin hamısı şəxsi təyyarələrində ora-bura uçuub adi adamlardan yüz minlərlə dəfə daha çox yanacaq yandırırlar (karbon qazının planetimizə verdiyi xeyir və vurduğu ziyan haqda elmi ehtimalları ayrı bir tərəfə qoyuram). Azərbaycanda benzin satışının QR kod (və ya oxşar rəqəmsal nəzarət) vasitəsilə məhdudlaşdırılmasına keçidin memarı isə yəqin SOCAR`a dünən prezident təyin olunan “Elektron hökumət məsələləri şöbəsi”nin keçmiş müdiri olacaq. Məsələdən, gündəmdən agahdır, qaldı icrasını hazırlamaq. Sizsə şikayətlənirdiniz ki, QR kod olmadan ticarət mərkəzinə, restorana girə bilmirəm. Belə getsə QR`sız heç maşına benzin töküb yola da çıxa bilməyəcəksiniz. Rəqəmsal diktatura başqa necə olur ki? Dünyada bu yeni totalitarizmə qarşı fəallaşan mübarizədə Azərbaycan hələlik kənarda durub. Beynəlxalq irticanın qarşısını xalqların ala biləcəyinə çox da ümidli deyiləm. Amma demokratik mübarizə vacibdir. Düşünmək ki, Azərbaycan “sosializmi yola verdiyi kimi, insan azadlığına edilən bu elektron təcavüzü də yola verəcək” sadəlövhlükdür. Sosializm vaxtında indiki elektron nəzarət imkanları mövcud olsaydı, o, çətin dağılardı".
Paylaş:
Müəllif : Fuad
Tarix:22-07-2022, 12:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB