reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Mirvari park”dakı yanğında xəsarət alanlarla bağlı SON XƏBƏR - YENİLƏNİB + VİDEO

reklam

“Mirvari park”dakı yanğında xəsarət alanlarla bağlı SON XƏBƏR - YENİLƏNİB + VİDEO
















Xəbər verdiyimiz kimi, Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yerləşən “Mirvari park” yaşayış kompleksində güclü yanğın baş verib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları tərəfindən 9 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıb.

Lent.az bildirir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, eyni diaqnozla 7 nəfərə yerində yardım olunub.

Eyni zamanda, 4 nəfərə stressə qarşı reaksiya üzrə, 1 nəfərə təpə nahiyəsinin əzilmiş yarası ilə bağlı yerində yardım göstərilib.

23:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarından birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Həyata keçirilən çevik və operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.




Paylaş:


Müəllif : Tarix:
10-07-2022, 13:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər