Hüseynbala Mirələmov “Ənvər Paşa” romanını özü yazmayıb? – Sərvaz Hüseynoğlu ilə müəllif arasında QALMAQAL
Ötən gün tanınmış şair, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlu özünün “Facebook” səhifəsində sensasion paylaşım edib. Şair bildirib ki, “Əziz dostlar, Hüseynbala Mirələmovun imzasıyla çap olunan “Ənvər Paşa” romanını mən yazmışam”. Şöbə müdirinin bu açıqlaması təbii ki, geniş əks-səda doğurub.
Məsələ ilə bağlı Hüseynbala Mirələmov bu gün Facebook səhifəsində öz mövqeyini bildirib.
O, Hüseynoğlunun fikirlərini qətiyyətlə təkzib edib. “Bu yaşıma qədər çox yalan və böhtanlara şahid olmuşam, amma bu qədər həyasızcasına danışılan bir yalan hələ eşitməmişdim! Əvvəla, Sərvaz Hüseynoğlunu heç şəxsən tanımıram, heç vaxt bir kəlmə də kəsməmişik. İkincisi, insan necə ağır bir psixi pozuntudan əziyyət çəkməlidir ki, tanınmış bir yazıçının əsərinə belə iddia irəli sürsün?!”
MÖVZU İLƏ BAĞLI:
"Məni mənəvi haqqı olanlar qınamalı idi” - Hüseynbala Mirələmov
Hüseynbala Mirələmov daha sonra həmkarını ucuz şöhrət və pul hərisliyində günahlandırıb:
““Ənvər Paşa” romanının üzərində işləyəndə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın xahişi ilə əsərdən bir hissəni çap etmək üçün 2020-ci ilin noyabrında sözügedən qəzetə yollamışdım. Elə həmin günlərdə də əsərdən bir parça qəzetdə dərc edildi. Görünür, qəzetə gələn materiallara işinə uyğun deyil, “müştəri gözü”ylə baxan adıçəkilən şöbə müdiri elə həmin vaxt özlüyündə bu qərara gəlib ki, yaxşı ələ keçirilməli materialdır, amma bu oğurluğu həmin vaxt bacara bilmədiyinə görə, aradan iki il keçəndən sonra Azərbaycanda və Türkiyədə uğur qazanmış əsərimi öz adına çıxmaq kimi bir həyasızlığa cəsarət edib”.
Yazıçı sonda Sərvaz Hüseynoğlunu məhkəməyə verəcəyini söyləyib.
Qeyd edək ki, məsələ ilə bağlı Sərvaz Hüseynoğlu ilə telefon əlaqəsi saxladıq. O, səs-küylü yerdə olduğunu, bir azdan danışmağımızı xahiş etdi. Lakin, telofonu sonradan söndürdüyü üçün Sərvaz bəylə əlaqə saxlaya bilmədik.
Sonda onu da bildirək ki, Sərvaz Hüseynoğlu dünənki paylaşımını artıq öz Facebook səhifəsindən silib.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-05-2022, 16:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB